Qaynar xətt:

(+99450) 247 90 86

Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...

Yeni qərar qüvvəyə mindi:Gecikdirilmiş borclar...

CƏMİYYƏT

73

10.11.2026, 20:54

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Kreditlər üzrə 90 gündən çox gecikdirilmiş borclar hesablanarkən son 12 ayda bankın balansından silinmiş kreditlər nəzərə alınacaq.

Oxu24.com -un məlumata görə, bununla bağlı Mərkəzi Bankın sədri Taleh Kazımovun sentyabrın 15-də imzaladığı müvafiq qərar noyabrın 10-da qüvvəyə minib.

Mövcud qanunvericiliyə əsasən, "Banklarda kredit risklərinin idarə edilməsi Qaydası"na uyğun olaraq müəyyən edilmiş davranış modeli əsasında verilmiş bütün kredit tələblərinin məcmu miqdarı əvvəlki hesabat ayının sonuna bankın kredit portfelinin 10 faizindən artıq olmamalıdır.

Yeni qərara əsasən, model əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin qalıq məbləği (model əsasında verilmiş və son 12 ayda balansdan silinmiş kreditlər daxil olmaqla) həmin kredit portfelinin 10 faizinə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq.

Hesablama hər kredit növü (istehlak, biznes və s.) üzrə ayrılıqda aparılır.

Sadə dillə desək, davranış modeli əsasında verilən kreditlər üzrə 90 gündən çox gecikdirilmiş borclar hesablanarkən son 12 ayda bankın balansından silinmiş kreditlər də nəzərə alınacaq.

Başqa sözlə, bank davranış modeli əsasında verdiyi kreditlər üzrə 90 gündən çox gecikməsi olan borcların qalıq məbləği kredit portfelinin 10 faizinə çatdıqda həmin model əsasında yeni kreditlərin verilməsini dayandırmalıdır. Bu hesablamaya artıq bankın balansından silinmiş, lakin son 12 ay ərzində silinmiş belə kreditlər də daxil ediləcək.

Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, banklar problemli kreditləri balansdan silməklə həmin kreditlərin müəyyən edilmiş 10 faizlik həddin hesablanmasından kənarda qalmasına nail ola bilməyəcəklər. Beləliklə, davranış modeli əsasında kreditləşmə zamanı gecikmiş borcların həcmi daha əhatəli şəkildə nəzərə alınacaq.

Trend