Qaynar xətt:

(+99450) 247 90 86

Zelenski  Rusiya ilə danışıqlar aparmağa şəxs axtarır

Zelenski  Rusiya ilə danışıqlar aparmağa şəxs axtarır

DÜNYA

53

10.11.2026, 21:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

DR nəşrinin məlumatına görə, Ukrayna Prezidenti Vladimir Zelenski Avropanı Rusiya ilə dialoqda vahid danışıqçı seçməyə çağırıb.

"Avropa onu kimin təmsil edəcəyinə qərar verməlidir. İndi kimin təmsil edəcəyini seçmək vaxtıdır. Hər kəs öz maraqlarını təmsil etmək istəyir. Hər kəsin səsi çox vacibdir. Lakin 40 nəfər Putinlə danışa bilməz", - deyə o qeyd edib.

Zelenski həmçinin qeyd edib ki, 11 noyabrda Danimarkada keçirilən danışıqlar və 19 noyabrda Berlində keçirilən "könüllülər koalisiyası" liderlərinin zirvə görüşü bu qərarı vermək üçün doğru fürsətdir.

Zelenski bu açıqlamanı Danimarkaya səfəri və ölkənin Baş naziri Mette Frederiksen ilə görüşü zamanı verib. Mette Frederiksen Rusiya ilə danışıqlarda Avropanı təmsil etmək istəmədiyini bildirib.

Oktyabr ayında Telegraph qəzeti Rusiya ilə danışıqlar aparan şəxs roluna Aİ-nin namizədlərinin Mette Frederiksen, İtaliya Baş naziri Giorgio Meloni, Finlandiya Prezidenti Aleksandr Stubb, Çexiya Prezidenti Petr Pavel və Norveç Baş naziri Yonas Qar Störe olduğunu bildirmişdi.

Oktyabr ayında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd etmişdi ki, Aİ uzun müddətdir Moskva ilə danışıqlar aparan şəxs seçməyi planlaşdırır, lakin ya bunu edə bilməyib, ya da tərəddüd edib.

Jalə