Hansı sürət yanacağa qənaət edir? - Sürücülər üçün "qızıl rəqəm" açıqlandı
10 Noyabr 2026, 21:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
62
10.11.2026, 22:04
Təəssüf ki, dünya ölkələri arasında ekologiyanın qorunması, atmosfer təmizliyinə az əhəmiyyət verən dövlətlər də var.
Oxu24.com xəbər verir ki, qlobal səviyyədə ölkələrin çirklənmə səviyyəsini ölçən iki əsas beynəlxalq reytinq mövcuddur. Ümumi ekoloji vəziyyəti əks etdirən Numbeo Çirklənmə İndeksi və yalnız havanın keyfiyyətini ölçən IQAir (PM2.5) Hesabatı.
Numbeo platforması hava, içməli su, səs-küy, işıq çirkliliyi, tullantıların idarə olunması və yaşıllıqların vəziyyəti üzrə sakinlərin qiymətləndirmələrini hesablayır. 2026-cı ilin orta göstəricilərinə əsasən 117 ölkə arasında ən çirkin ilk onluq ölkəsi belə sıralanıb:
Ən çirkin ölkə Kamerun hesab edilir. Onun çirklənmə indeksi 91,9 nisbətindədir. Myanma və Livan isə müvafiq olaraq 89,6 və 89,2 nisbətilə ikinci və üçüncü yerlərdə qərarlaşıblar.
Onluqda həmçinin Monqolustan(88,0), Nigeriya(87,2), Banqladeş(85,6), Vyetnam(83,8), Misir(82,7), Peru(81,9) və Şimali Makedoniya(79,2) da yer alıb.
Numbeonun Azərbaycan üzrə göstəricilərinə əsasən ölkəmizin ümumi çirklənmə indeksi 71.29 (yüksək çirklənmə kateqoriyası) səviyyəsindədir və Azərbaycan 117 ölkə arasında təxminən 20–30-cu sıralarda (ən çox çirklənmiş ilk 25%-lik qrupda) qərarlaşır. Bakı şəhəri üzrə bu indeks daha yüksək, 72.70 səviyyəsindədir. Ən çox narazılıq doğuran sahələr hava çirkliliyi və tullantıların idarə olunmasıdır.
Atmosferdəki zərərli mikrohissəciklərin (PM2.5) konsentrasiyasından gedirsə, IQAir hesabatına görə dünyanın ən çirkli havasına sahib ölkəsi Pakistandır(67.3 µg/m³).
Banqladeş bu siyahıda da 10 ən çirkli ölkələr sırasında yer alıb. Tacikistan isə 57.3 µg/m³ göstərici ilə üçüncü ən çirkli ölkədir.
Çad, Konqo, Hindistan, Küveyt, Uqanda, Misir, Özbəkistan və İraq da dünyanın ən çirkli ölkələr sırasında qərarlaşıblar.
IQAir hesabatlarında Azərbaycan adətən "orta çirklənmə" kateqoriyasında (təxminən 15–20 µg/m³ aralığında) yer alır və siyahıda 50–65-ci pillələr ətrafında qərarlaşıb. Bu göstərici Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi illik normadan (5 µg/m³) 3-4 dəfə yüksək olsa da, Cənubi və Mərkəzi Asiya ölkələri ilə müqayisədə xeyli aşağıdır.
21:55 / 10 Noyabr 2026
265
21:51 / 10 Noyabr 2026
69
21:49 / 10 Noyabr 2026
77
21:46 / 10 Noyabr 2026
70
21:44 / 10 Noyabr 2026
74
21:40 / 10 Noyabr 2026
75
21:33 / 10 Noyabr 2026
18600
21:19 / 10 Noyabr 2026
95
21:12 / 10 Noyabr 2026
109
21:10 / 10 Noyabr 2026
337
20:56 / 10 Noyabr 2026
95
20:54 / 10 Noyabr 2026
383
20:46 / 10 Noyabr 2026
109
20:35 / 10 Noyabr 2026
125
20:17 / 10 Noyabr 2026
109
20:10 / 10 Noyabr 2026
1305
19:59 / 10 Noyabr 2026
114
19:58 / 10 Noyabr 2026
110
19:52 / 10 Noyabr 2026
117
19:52 / 10 Noyabr 2026
116
19:43 / 10 Noyabr 2026
124
19:40 / 10 Noyabr 2026
141
19:26 / 10 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.