Alimlər xərçəng xəstəliyi əleyhinə saqqız hazırlayıblar
12 Noyabr 2026, 10:20
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
935
27.03.2026, 23:48
Mounjaro (tirzepatid) – arıqlama iynəsidir.Son zamanlar bu üsuldan istifadə daha geniş yayılıb.
Bəs,onun təhlükəsi varmı?Necə yanaşmaq lazımdır?
Mövzu ilə bağlı Oxu24.com-a danışan endikrinloq Oktay Hüseynov bildirib ki,Mounjaro (tirzepatid) – arıqlama iynəsidir.Amma təkcə bu deyil.Bu preparat güclü metabolik təsirə malikdir və orqanizmdə bir çox sistemi dəyişir. Ona görə də “Instagramda gördüm, başladım” yanaşması təhlükəlidir.
Həkimn sözlərinə görə,mounjaro başlamazdan əvvəl mütləq bəzi müayinələr aparılmalıdır. Bu, həm təhlükəsizlik, həm də düzgün nəticə üçün vacibdir.
Başlanğıcdan öncə tövsiyə olunan əsas yoxlamalar:
Qanda şəkər və HbA1c – gizli diabet və ya prediyabeti görmək üçün
Qaraciyər testləri (ALT, AST) – yağlı qaraciyər və gizli problemlər üçün
Kreatinin, GFR – böyrəklərin vəziyyəti
Lipid profili – xolesterin və trigliseridlər
TSH – qalxanabənzər vəzin funksiyası və lazım olduqda - kalsitonin.
Amilaza, lipaza – mədəaltı vəz riski baxımından
Qarın USM – öd kisəsi, qaraciyər, pankreas üçün
Bəzən pasiyent özünü tam sağlam hiss edir, amma analizlərdə:
– gizli diabet,
– qalxanabənzər vəzi pozğunluğu,
– qaraciyər yağlanması,
– böyrək funksiyasında zəifləmə aşkar olunur.
Belə hallarda preparat ya ümumiyyətlə uyğun olmur, ya da xüsusi nəzarət tələb edir.
Mounjaro hər kəs üçün uyğun deyil.
Xüsusilə:
– pankreatit keçirmiş şəxslərdə,
– bəzi qalxanabənzər vəzi xəstəliklərində,
– ağır mədə-bağırsaq problemlərində ehtiyatlı olmaq lazımdır.
Unutmayaq: bu iynə “kosmetik vasitə” deyil. Bu, hormonal-metabolik dərmandır.
Arıqlamaq məqsəddir, amma sağlam qalmaq daha önəmlidir.
Hər şey analizlə, düzgün qiymətləndirmə ilə və həkim nəzarəti altında başlamalıdır.
Hazırladı: Nigar
21:55 / 12 Noyabr 2026
39
21:39 / 12 Noyabr 2026
55
21:26 / 12 Noyabr 2026
571
21:19 / 12 Noyabr 2026
77
21:04 / 12 Noyabr 2026
72
20:55 / 12 Noyabr 2026
132
20:42 / 12 Noyabr 2026
116
20:26 / 12 Noyabr 2026
122
20:14 / 12 Noyabr 2026
108
20:08 / 12 Noyabr 2026
112
20:05 / 12 Noyabr 2026
136
19:59 / 12 Noyabr 2026
103
19:49 / 12 Noyabr 2026
111
19:36 / 12 Noyabr 2026
121
19:31 / 12 Noyabr 2026
114
19:19 / 12 Noyabr 2026
123
19:15 / 12 Noyabr 2026
151
19:09 / 12 Noyabr 2026
110
19:03 / 12 Noyabr 2026
119
18:58 / 12 Noyabr 2026
121
18:50 / 12 Noyabr 2026
124
18:42 / 12 Noyabr 2026
1587
18:40 / 12 Noyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.