Qaynar xətt:

(+99450) 247 90 86

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası 

Göy məscid: Azərbaycan türklərinin Ermənistanda varlığının qalası 

CƏMİYYƏT

40

12.11.2026, 15:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Tehran və İrəvan Azərbaycan mədəniyyətinə qarşı birgə vandal fəaliyyəti davam etdirir. Noyabrın 9-da İrəvandakı Göy məscidin əsas mərasim (iclas) zalına rəsmi olaraq erməni şair Yeqişe Çarentsin adı verilib və büstünün qoyulması da nəzrədə tutulub. Təntənəli açılış mərasimində İran İslam Respublikasının Ermənistanda işgüzar səfərdə olan vitse-prezidenti Həmid Purməhəmmədi də iştirak edib.

İran rəsmisi və Tehranın İrəvandakı səfirliyi Yeqişe Çarentsi "fars mədəniyyəti və ədəbiyyatının dostu" adlandırıb. Təhrifçilər öz hərəkətlərini cəfəng iddialarla əsaslandırmağa çalışıblar.

Onlar Yeqişenin "İran irsinə dərin marağını və Göy məscidlə bağlılığını" qeyd edərək gülünc şəkildə vurğulayıblar ki, guya sovet dövründə məscidin həyətindəki çayxanaya gedərmiş.