Bu ay pensiya gözləyənlərə RƏSMİ XƏBƏR
12 Noyabr 2026, 13:36
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
43
12.11.2026, 13:45
2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
Oxu24.com Trend-ə istinadla xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sahibkarlığa dövlət dəstəyi hər zaman iqtisadi siyasətin əsas prioritetlərindən biri olub.
“İqtisadi siyasətin prioritetləri müəyyənləşdirilərkən özəl sektorun iqtisadi artımın, innovasiyaların və məşğulluğun aparıcı qüvvəsi olması daim diqqət mərkəzində saxlanılıb”, - deyə nazir müavini qeyd edib.
Onun sözlərinə görə, özəl sektorun inkişafı istiqamətində görülən işlər yeni müəssisələrin yaradılmasında, məşğulluğun artmasında, innovasiyaların tətbiqində, istehsalın və ixracın genişlənməsində müsbət nəticələrini göstərib.
A.Bayramov vurğulayıb ki, dövlətin dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə və qeyri-neft-qaz sektorunun inkişafına töhfə verir.
O bildirib ki, məhz bu təcrübə əsasında cari ildə sahibkarlar üçün yeni dəstək alətlərinin təqdim edilməsinə başlanılıb.
“Bakı və Abşeron iqtisadi rayonu nəzərə alınmadan digər ərazilərdə fəaliyyət göstərən sahibkarların kreditləri üzrə faizlərin yarısı artıq dövlət tərəfindən ödənilir”, – deyə nazir müavini bildirib.
A.Bayramovun sözlərinə görə, sahibkarlara verilən kreditlər üzrə zəmanətlərin limiti də 20 faizdən 50 faizədək artırılıb.
O qeyd edib ki, 2027-2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının 50 faizi dövlət tərəfindən qarşılanacaq.
Bununla yanaşı, ixracatçıların daşıma və sertifikatlaşdırma xərclərinin bir hissəsi də kompensasiya olunur.
13:36 / 12 Noyabr 2026
116
13:29 / 12 Noyabr 2026
56
13:21 / 12 Noyabr 2026
68
13:20 / 12 Noyabr 2026
96
13:18 / 12 Noyabr 2026
241
13:16 / 12 Noyabr 2026
90
13:07 / 12 Noyabr 2026
271
13:04 / 12 Noyabr 2026
66
13:00 / 12 Noyabr 2026
66
12:40 / 12 Noyabr 2026
66
12:25 / 12 Noyabr 2026
101
12:05 / 12 Noyabr 2026
105
11:55 / 12 Noyabr 2026
105
11:50 / 12 Noyabr 2026
120
11:36 / 12 Noyabr 2026
95
11:35 / 12 Noyabr 2026
103
11:34 / 12 Noyabr 2026
157
11:31 / 12 Noyabr 2026
101
11:24 / 12 Noyabr 2026
527
11:21 / 12 Noyabr 2026
95
11:19 / 12 Noyabr 2026
227
11:05 / 12 Noyabr 2026
106
11:00 / 12 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.