Qaynar xətt:

(+99450) 247 90 86

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR

CƏMİYYƏT

57

12.11.2026, 20:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gülşad Baxşıyeva uzun fasilədən sonra yenidən TEATR SƏHNƏSİNDƏ

Görkəmli aktrisa, professor, Əməkdar artist və Prezidentin fərdi təqaüdçüsü Gülşad Baxşıyeva uzun müddətdən sonra yenidən teatr səhnəsində tamaşaçıların qarşısına çıxacaq.

Oxu24.com xəbər verir ki, aktrisa Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin “Kamança” pyesinin motivləri əsasında hazırlanan “Kamança 20/20” tamaşasında iştirak etmək təklifi alıb.

Tamaşada Gülşad Baxşıyeva ilə yanaşı, Xalq artistləri Sabir Məmmədov və Kazım Abdullayev, Əməkdar artist Elnar Qarayev, eləcə də Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Şəhla Əliqızı, Lalə Süleymanova, Səmayə Qulamzadə, Nəzrin Abdullayeva, Xədicə Novruzlu, Xədicə Bayramova, Elşən Əskərov, Elsevər Rəhimov, Vüsal Mustafayev, Elçin Nurəliyev, Kənan Hüseynov, Nihad Aslan, Əliulla Vəliyev, Rüfət Əhmədov, Muhuma Sahov, Əli Rasimoğlu və Rəvan Səmədov da rol alıblar.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Nihad Qulamzadədir. Quruluşçu rəssam İlham Əsgərov, bəstəkar Vüqar Babayev, qrafik həll müəllifi Binyamin Sailov, işıq üzrə rəssam Rafael Həsənov, dekor-konstruktor Şakir Məmiyev, rejissor assistenti isə Fəridə Zülfüqarlıdır.

Gülşad Baxşıyeva Oxu24.com-a açıqlamasında bildirib ki, o, vaxtilə bu əsər əsasında hazırlanan televiziya tamaşasında  Ramiz Həsənoğlunun quruluşunda çıxış edib.

Aktrisa yeni tamaşada iştirakının daimi səhnə fəaliyyətinə qayıdış anlamı daşımadığını vurğulayıb:“Vaxtilə mən bu əsərdə Xalq artisti Ramiz Həsənoğlunun quruluşunda televiziya tamaşasında oynamışam. Bu dəfə yanaşma fərqlidir. Mən ssenarini oxudum və mənə təklif edənlərin sözünü yerə salmadım. Təbii ki, yenə də İncəsənət Universitetinin pedaqoqu kimi qalacağam. Bu, daimi deyil. Məni yalnız bir rola dəvət ediblər və gedib oynayacağam. Bununla da bu iş tamam olacaq”, – deyə aktrisa bildirib.

Turan Etibaroğlu