Qaynar xətt:

(+99450) 247 90 86

Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

Züriyə Qarayeva: COP31 Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən strateji platformadır  

SİYASƏT

41

12.11.2026, 20:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

COP31 kimi mötəbər beynəlxalq platformalar Azərbaycan və Türkiyənin yalnız regional deyil, qlobal siyasi proseslərdə də artan rolunun nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. 

Bu sözləri Politoloq Züriyə Qarayeva Oxu24.com saytına açıqlamasında bildirib

Politoloqun sözlərinə görə,Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə qazandığı diplomatik təcrübə, Türkiyənin isə COP31 çərçivəsində beynəlxalq iqlim gündəliyinin formalaşmasında fəal iştirakı iki qardaş ölkənin beynəlxalq nüfuzunun güclənməsi üçün yeni imkanlar yaradır. Burada əsas məqam ondan ibarətdir ki, Bakı və Ankara artıq yalnız enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və regional sabitlik məsələlərində deyil, həm də iqlim diplomatiyası və dayanıqlı inkişaf kimi qlobal çağırışların müzakirəsində mühüm tərəfdaşlara çevrilirlər. 

Z. Qarayeva qeyd edib ki, xüsusilə Azərbaycanın ənənəvi enerji resursları ilə yanaşı, yaşıl enerji potensialını inkişaf etdirməsi, Türkiyənin isə Avropa ilə Asiya arasında strateji mövqeyindən istifadə edərək beynəlxalq əməkdaşlığı genişləndirməsi iki ölkənin geosiyasi əhəmiyyətini daha da artırır.Digər tərəfdən, COP31 Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin yeni istiqamətlər üzrə inkişafı baxımından da mühüm fürsətdir. İki ölkə arasında bərpaolunan enerji, yaşıl enerji dəhlizləri, ekoloji təhlükəsizlik və dayanıqlı infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi regional iqtisadi inteqrasiyanı sürətləndirə bilər. 

Onun sözlərinə görə, xüsusilə Azərbaycanın Xəzər hövzəsindəki enerji potensialının Türkiyə üzərindən Avropa bazarlarına çıxarılması perspektivi Bakı–Ankara tərəfdaşlığını qlobal enerji transformasiyasının mühüm elementlərindən birinə çevirə bilər. Eyni zamanda, belə platformalar iki dövlətə beynəlxalq qərarların müzakirəsində daha fəal iştirak etmək, inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə etmək və yeni investisiya imkanları əldə etmək şəraiti yaradır. 

Politoloq sonra qeyd edib ki, bu baxımdan COP31-i yalnız ekoloji gündəliyə həsr olunmuş konfrans deyil, həm də Azərbaycan və Türkiyənin diplomatik imkanlarını genişləndirən, beynəlxalq mövqelərini möhkəmləndirən strateji platforma kimi qiymətləndirmək olar.

Turan Etibaroğlu