Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

Azərbaycan Lideri  Liderlər Sammitində: Ölkəmizin regiondakı çəkisindən  deputat DANIŞIR

SİYASƏT

47

12.11.2026, 19:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının Liderlər Sammitində iştirakı Azərbaycanın qlobal iqlim diplomatiyasındakı fəallığının davamlılığını və strateji müttəfiq ölkəyə dəstəyini ifadəsidir.  

Bu sözləri Milli Məclisin deputatı Müşfiq Cəfərov Oxu24.com saytına açıqlamasında bildirib.

Deputatın sözlərinə görə, Antalyada baş tutan bu beynəlxalq tədbirdə cənab Prezident İlham Əliyevin iştirakı həm diplomatik, həm də enerji və ekoloji müstəvidə bir sıra mühüm əhəmiyyətə malikdir.

Azərbaycanın 2024-cü ildə COP29-a ev sahibliyi etməsi ölkəmizin beynəlxalq iqlim əməkdaşlığında rolunu daha da genişləndirdi. Bakı konfransı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında iqlim maliyyələşdirilməsi, enerji keçidi və ekoloji dayanıqlılıq məsələlərinin müzakirəsi üçün mühüm platformaya çevrildi. Həmin tədbirdə əldə olunan razılaşmalar göstərdi ki, qlobal iqlim problemlərinin həlli yalnız ayrı-ayrı dövlətlərin fəaliyyəti ilə deyil, geniş beynəlxalq əməkdaşlıq və qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi ilə mümkündür.

Millət vəkilinin fikrincə ölkəmiz artıq yalnız iqlim müzakirələrinin iştirakçısı deyil, həm də bu sahədə beynəlxalq dialoqun təşkilinə praktiki töhfə vermiş dövlətdir.

Onun sözlərinə görə, Cənab Prezident İlham Əliyevin Liderlər Sammitində iştirakı Azərbaycanın  beynəlxalq tərəfdaşlarla dialoqu davam etdirdiyini göstərir. COP29-dan sonra əldə olunmuş təcrübənin qorunması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və iqlim gündəliyinin ölkənin iqtisadi inkişaf prioritetləri ilə əlaqələndirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Jalə