Maaşlarla bağlı AÇIQLAMA
12 Noyabr 2026, 20:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
39
12.11.2026, 19:59
Nizami Kino Mərkəzində Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimat mərasimi baş tutub.
Oxu24.com xəbər verir ki, tədbirdə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, mədəniyyət naziri Adil Kərimli, hökumət rəsmiləri və mədəniyyət xadimləri iştirak ediblər.
Rejissor Fariz Əhmədovun “Sükut içində addımlar” filmi Qarabağda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi prosesini və bu təhlükəli missiyanı həyata keçirən qadın minaaxtaranlarımızın həyatını əks etdirir.
Film Azərbaycan qadınını həm mina kimi gizli düşmənə qarşı elan olunan müharibənin iştirakçısı, həm qayğıkeş ana, həm də zərif və baxımlı qadın kimi təsvir edir. Onların gündəlik həyatında xüsusi qurğuların texniki siqnalları, təhlükə, iradə, kövrəklik, güc, ölüm və qalım mövzuları sükutun fonunda tamaşaçıya təsirli şəkildə çatdırılır. Bu, bir qadın minaaxtaranın hekayəsidir.
Filmin qəhrəmanları tamamilə qadınlardan ibarət xüsusi minaaxtaran qrupudur. Kamera davamlı olaraq bu qadınların həyatını izləyir və göstərir ki, onlar nə qədər təhlükəli və riskli bir işlə məşğul olsalar da, evdə hər şeyi unudub bir ana, bir həyat yoldaşı kimi sevdiklərinin yanında olurlar.
Filmin artıq ilk uğurları da var. Avropanın ən qədim kino tədbirlərindən biri sayılan 66-cı Krakov Film Festivalının müsabiqəsində filmin ilk dünya premyerası baş tutub. Burada film “Ən yaxşı təsvir həlli” mükafatına layiq görülüb.
Film sənədli filmlər və kitablar üzrə ixtisaslaşmış, Avropa mərkəzli rəqəmsal və çap jurnalı "Modern Times Review" platformasında da yer alıb və xarici auditoriya bu beynəlxalq platformadan da film haqqında ətraflı məlumat ala bilər.
Bununla yanaşı film Polşanın Qdınya şəhərində keçirilən Avropanın nüfuzlu kino platformalarından biri olan “NNW” Beynəlxalq Film Festivalında “Münsiflər heyətinin xüsusi qeydi” mükafatı ilə təltif edilib, Rumıniyada təşkil olunmuş “Astra Film Festivalı”nda da beynəlxalq ictimaiyyətə təqdim olunub.
Bu uğurlar “Sükut içində addımlar” ("Steps in Silence") ın davamlı olaraq beynəlxalq auditoriya qarşısına çıxmasına və filmdə əks olunan mühüm hekayənin daha geniş coğrafiyada izləyicilərə çatmasına yeni imkanlar yaradır.
Nizami Kino Mərkəzindəki təqdimat zamanı ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, ARKA və Polşa Kino İnstitutunun maliyyə dəstəyi ilə Bakı Media Mərkəzi, "Drygas Film Production" və Polşa Televiziyası (TVP) tərəfindən birgə istehsal olunan filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, ko-prodüseri Vita Jelakeviçut (Polşa), prodüseri Orman Əliyev, ssenari müəllifləri Fariz Əhmədov və İsmayıl İman, quruluşçu operatoru Mateuş Çuxnovski, redaktoru Rasim İsmayılov, kreativ prodüserləri isə Maçey Driqas (Polşa) və Tahir Əliyevdir.
Xatırladaq ki, Azərbaycan tarixini yaşatmaq, həqiqətləri olduğu kimi çatdırmaq Bakı Media Mərkəzi üçün yarandığı ilk gündən böyük önəm daşıyır. Mərkəz bu müddət ərzində ölkəmizin ən müxtəlif tarixi dövrlərini özündə əks etdirən “Hədəf Bakıdır”, “Miras”, “Son iclas”, “Əbədi ezamiyyət”, “Biz” və “Şuşa, sən azadsan!”, "Tağıyev" kimi ictimaiyyət tərəfindən geniş marağa səbəb olan filmlər istehsal edib.







20:08 / 12 Noyabr 2026
10
20:05 / 12 Noyabr 2026
38
19:49 / 12 Noyabr 2026
55
19:36 / 12 Noyabr 2026
65
19:31 / 12 Noyabr 2026
71
19:19 / 12 Noyabr 2026
81
19:15 / 12 Noyabr 2026
78
19:09 / 12 Noyabr 2026
75
19:03 / 12 Noyabr 2026
78
18:58 / 12 Noyabr 2026
86
18:50 / 12 Noyabr 2026
87
18:42 / 12 Noyabr 2026
848
18:40 / 12 Noyabr 2026
83
18:32 / 12 Noyabr 2026
336
18:28 / 12 Noyabr 2026
79
18:26 / 12 Noyabr 2026
98
18:16 / 12 Noyabr 2026
109
18:15 / 12 Noyabr 2026
99
18:07 / 12 Noyabr 2026
106
17:53 / 12 Noyabr 2026
101
17:19 / 12 Noyabr 2026
109
16:25 / 12 Noyabr 2026
118
16:21 / 12 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.