14 gün keçibsə, malı geri qaytarmaq olmur? – Hüquqşünasdan vacib açıqlama
10 İyun 2026, 13:27
Qaynar xətt:
(+99450) 247 90 86
HÜQUQ
490
08.05.2026, 16:04
Son illər cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardan biri fərdi şəxslərin faiz qarşılığında pul verməsi məsələsidir. Bu mövzu ətrafında yanlış anlaşılmalar və “bu cinayətdirmi?” sualı geniş yayılıb. Hüquqi baxımdan isə məsələ daha konkret və aydındır.
Oxu24.com xəbər verir ki,ilk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, tərəflər arasında borc münasibətləri sərbəst şəkildə tənzimlənə bilər. Yəni iki şəxs razılıq əsasında borc müqaviləsi bağlayırsa, həmin müqavilədə faiz şərtinin olması qanunla qadağan edilmir. Bu, mülki-hüquqi münasibət hesab olunur və cinayət hüququ ilə tənzimlənmir.
Başqa sözlə desək, bir şəxs digərinə müəyyən məbləği borc verib qarşılığında əlavə məbləğ – faiz tələb edirsə və bu razılaşma könüllü şəkildə, tərəflərin iradəsi əsasında baş verirsə, bu əməl öz-özlüyündə cinayət tərkibi yaratmır.
Lakin burada vacib bir hüquqi ayrıntı var. Faizlə pul vermə fəaliyyəti sistematik xarakter alarsa və şəxs bunu müntəzəm gəlir mənbəyinə çevirərsə, bu zaman artıq vergi qanunvericiliyi işə düşür. Belə hallarda əldə edilən gəlirlər vergiyə cəlb olunur və həmin şəxsin vergi öhdəliyi yaranır. Vergidən yayınma isə qanunvericilikdə inzibati və ya hallardan asılı olaraq cinayət məsuliyyəti yarada bilər.
Digər mühüm məqam isə fəaliyyətin miqyası və xarakteridir. Bank və ya kredit təşkilatları kimi fəaliyyət göstərmək üçün xüsusi lisenziya tələb olunur. Əgər bir şəxs geniş miqyasda, sistemli şəkildə kredit verirsə və bu fəaliyyət kommersiya xarakteri daşıyırsa, bu artıq maliyyə bazarı qanunvericiliyi çərçivəsində ayrıca qiymətləndirilir və icazəsiz həyata keçirildikdə hüquqi problemlər yarana bilər.
Bununla belə, sadə və fərdi qaydada, iki nəfər arasında razılaşma əsasında verilən faizli borc əməli cinayət sayılmır və hüquq pozuntusu kimi qiymətləndirilməz.
Nəticə etibarilə, faizlə pul vermək özü-özlüyündə cinayət deyil, lakin onun həyata keçirilmə forması, miqyası və əldə edilən gəlirin vergiyə cəlb olunması məsələsi hüquqi baxımdan xüsusi əhəmiyyət daşıyır.
Hazırladı: Turan Etibaroğlu
13:44 / 10 İyun 2026
28
13:35 / 10 İyun 2026
43
13:31 / 10 İyun 2026
42
13:27 / 10 İyun 2026
43
13:23 / 10 İyun 2026
221
13:15 / 10 İyun 2026
57
13:12 / 10 İyun 2026
56
12:54 / 10 İyun 2026
958
12:52 / 10 İyun 2026
53
12:48 / 10 İyun 2026
69
12:43 / 10 İyun 2026
71
12:38 / 10 İyun 2026
69
12:29 / 10 İyun 2026
439
12:27 / 10 İyun 2026
217
12:19 / 10 İyun 2026
108
12:16 / 10 İyun 2026
77
12:13 / 10 İyun 2026
73
12:00 / 10 İyun 2026
92
11:52 / 10 İyun 2026
76
11:47 / 10 İyun 2026
250
11:41 / 10 İyun 2026
127
11:36 / 10 İyun 2026
98
11:32 / 10 İyun 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.