Ermənistanda general vəzifəsindən azad edildi
26 Noyabr 2026, 19:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
469
08.05.2024, 20:30
Litva gömrüyü iki Tesla Cybertruck-un Belarus ərazisinə keçirilməsinə icazə verməyib və nəqliyyat vasitələrini ələ keçirib.
Oxu24.com xəbər verir ki, Bu barədə mayın 8-də respublikanın gömrük idarəsinin saytında məlumat verilib.
"Gömrükçülər Belarusa gətirildiyi iddia edilən avtomobillərin ixracı proseduruna icazə verməyiblər", - mesajda deyilir.
Litva-Belarus sərhədindəki Şalçininkay sərhəd-keçid məntəqəsində dəyəri 200 min avrodan çox olan elektrik avtomobilləri ələ keçirilib.
Gömrükçülər xarici avtomobillərin daha sonra Rusiyaya daşınması üçün nəzərdə tutulduğundan şübhələniblər.
Bu, öz növbəsində, Aİ-nin Rusiya Federasiyasına minik avtomobillərinin ixracına qoyulan məhdudiyyətlərlə bağlı sanksiyalarını pozacaq.
Pikap sürücüləri sorğu-sual edilərək sərbəst buraxılsalar da, bahalı maşınlar geri qaytarılmayıb. Gömrük idarəsi ibtidai araşdırmaya başlayıb.
2022-ci ildə növbəti anti-Rusiya sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Rusiya Federasiyasına dəbdəbəli malların idxalını qadağan etdi. İdxalına qadağa qoyulan malların siyahısına, həmçinin qiyməti 50 min avrodan yuxarı olan avtomobillər, qayıqlar və təyyarələr, həmçinin qiyməti 5 min avrodan yuxarı olan motosikletlər də daxildir.
Nigar
20:26 / 26 Noyabr 2026
5
20:22 / 26 Noyabr 2026
7
20:09 / 26 Noyabr 2026
39
20:02 / 26 Noyabr 2026
68
19:58 / 26 Noyabr 2026
309
19:46 / 26 Noyabr 2026
86
19:30 / 26 Noyabr 2026
104
19:23 / 26 Noyabr 2026
147
19:13 / 26 Noyabr 2026
99
19:05 / 26 Noyabr 2026
174
18:59 / 26 Noyabr 2026
94
18:56 / 26 Noyabr 2026
117
18:48 / 26 Noyabr 2026
124
18:42 / 26 Noyabr 2026
124
18:39 / 26 Noyabr 2026
163
18:29 / 26 Noyabr 2026
129
18:26 / 26 Noyabr 2026
131
18:17 / 26 Noyabr 2026
110
18:08 / 26 Noyabr 2026
119
18:02 / 26 Noyabr 2026
123
17:33 / 26 Noyabr 2026
1133
17:07 / 26 Noyabr 2026
149
17:05 / 26 Noyabr 2026
145
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.