İŞ YERİNDƏ ÖLÜM VƏ XƏSARƏT HADİSƏLƏRİ OLARSA... - Kim cavab verməlidir?
11 Noyabr 2026, 23:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
577
08.05.2026, 14:06
Cəmiyyətdə maraq doğuran və bəzən müzakirələrə səbəb olan məsələlərdən biri də vəfat etmiş şəxslərin xüsusi qəbiristanlıqlarda deyil, yaşayış yerlərində və ya həyətyanı sahələrdə dəfn edilməsidir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ilahiyyatçı Ağa Hacıbəyli həm dini, həm də hüquqi və tibbi tərəflərə aydınlıq gətirib.
Ağa Hacıbəyli qeyd edib ki, tarixin dərinliklərindən bəri qəbiristanlıqlar ictimai həyatla iç-içə olub. İnsanların yaşadıqları ərazilərə yaxın yerlərdə məzarlıqların salınması bir növ xatırlatma məqsədi daşıyır:
"Qəbiristanlıqların ictimai həyata yaxın olması insanlara bu dünyada əbədi olmadıqlarını, axirətin və ölümün varlığını xatırladır. Bu, insanların dünyadan tamamilə bəhrələnib, mənəvi dəyərləri unutmaması üçün bir vasitədir".
Bəzi bölgələrdə, xüsusilə Azərbaycanın şimal zonasında nadir hallarda olsa da, insanların öz həyətlərində dəfn edilməsi hallarına rast gəlinir. Lakin ilahiyyatçı bu məsələnin bir neçə kritik problemi olduğunu vurğulayıb:
“Ölkə qanunvericiliyinə əsasən, vəfat edənlər üçün xüsusi ayrılmış qəbiristanlıqlar mövcuddur və dəfn prosesi dövlət tərəfindən müəyyən edilmiş qaydalarla tənzimlənir. Dəfndən sonra cəsədin düzgün izolyasiya olunmaması yeraltı suların çirklənməsinə və müxtəlif yoluxucu xəstəliklərin yayılmasına səbəb ola bilər. Bu isə həmin ərazidə yaşayan digər insanlar üçün ciddi təhlükə yaradır”.
İlahiyyatçı İslam dinində bəzi istisna halların olduğunu da qeyd edib. Məsələn, müharibə və ya cihad zamanı vəfat edənlər (şəhidlər) şəhadət şərbətini içdikləri yerdə dəfn oluna bilərlər. Buna misal olaraq Bədr və Ühüd döyüşlərində şəhid olan səhabələrin (Həzrəti Həmzə, Musab bin Ümeyr və s.) elə həmin ərazidə dəfn edilməsini göstərib. Bu cür məkanlar sonradan ziyarətgah kimi müqəddəsliyini qoruyub saxlayır.
Yekun olaraq, Ağa Hacıbəyli bildirib ki, fərdi həyətlərdə dəfn edilməkdənsə, həm dini, həm də sanitar-hüquqi baxımdan ümumi qəbiristanlıqlardan istifadə edilməsi daha məqsədəuyğundur.
Çimnaz Telmanqızı
23:52 / 11 Noyabr 2026
1
23:50 / 11 Noyabr 2026
80
23:45 / 11 Noyabr 2026
190
23:28 / 11 Noyabr 2026
56
23:24 / 11 Noyabr 2026
58
23:18 / 11 Noyabr 2026
79
23:09 / 11 Noyabr 2026
79
23:03 / 11 Noyabr 2026
64
23:01 / 11 Noyabr 2026
101
22:55 / 11 Noyabr 2026
80
22:38 / 11 Noyabr 2026
142
22:31 / 11 Noyabr 2026
96
22:26 / 11 Noyabr 2026
6040
22:22 / 11 Noyabr 2026
102
22:20 / 11 Noyabr 2026
98
22:15 / 11 Noyabr 2026
1136
22:11 / 11 Noyabr 2026
93
22:07 / 11 Noyabr 2026
109
22:06 / 11 Noyabr 2026
99
21:59 / 11 Noyabr 2026
145
21:45 / 11 Noyabr 2026
104
21:14 / 11 Noyabr 2026
970
21:08 / 11 Noyabr 2026
515
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.