Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
TƏHSİL
644
22.05.2026, 13:38
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) Azərbaycanın dayanıqlı şəhər inkişafı, mənzil siyasəti və azad edilmiş ərazilərin bərpası sahəsindəki təcrübəsinin beynəlxalq səviyyədə təqdimatı üçün mühüm platformaya çevrilib.
Oxu24.com xəbər verir ki, bunu Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Milli Koordinatoru, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13-ün rəsmi bağlanış mətbuat konfransında deyib.
O bildirib ki, forum çərçivəsində Yeni Şəhər Gündəliyinin icrasına həsr olunmuş nazirlər görüşü keçirilib. Görüşdə iştirak edən 111 ölkədən 80-i nazir və ya nazir müavini səviyyəsində təmsil olunub.
Anar Quliyev qeyd edib ki, Azərbaycan hazırda şəhərlərin yenilənməsi, “yaşıl infrastruktur”un genişləndirilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, iqlim dayanıqlığının artırılması və inklüziv icmaların formalaşdırılması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir.
Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə dünyanın ən iri yenidənqurma proqramlarından biri icra olunur. Böyük Qayıdış proqramı çərçivəsində ölkənin öz maliyyə resursları hesabına 12 şəhər və 300-dən çox kənd yenidən qurulur.
Komitə sədri əlavə edib ki, WUF13-ün mühüm irslərindən biri Azərbaycanın təşəbbüsü ilə təsis edilən Bakı Şəhər Mükafatı olacaq. UN-Habitat ilə birgə təşkil olunacaq bu mükafat Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təqdim edilən yeganə beynəlxalq mükafat statusuna malik olacaq.
Anar Quliyev həmçinin bildirib ki, Azərbaycan WUF-un gələcək ev sahibi ölkələri üçün təşkilati təlimatların hazırlanması məqsədilə UN-Habitat ilə niyyət məktubu imzalayıb. Onun sözlərinə görə, bu təşəbbüs forumun uzunmüddətli institusional irsinin formalaşdırılmasına xidmət edəcək.
15:27 / 11 Noyabr 2026
1
15:13 / 11 Noyabr 2026
50
15:07 / 11 Noyabr 2026
77
14:51 / 11 Noyabr 2026
92
14:43 / 11 Noyabr 2026
123
14:39 / 11 Noyabr 2026
124
14:36 / 11 Noyabr 2026
88
14:26 / 11 Noyabr 2026
206
14:13 / 11 Noyabr 2026
576
13:58 / 11 Noyabr 2026
254
13:54 / 11 Noyabr 2026
499
13:48 / 11 Noyabr 2026
141
13:44 / 11 Noyabr 2026
191
13:41 / 11 Noyabr 2026
105
13:33 / 11 Noyabr 2026
251
13:27 / 11 Noyabr 2026
169
13:19 / 11 Noyabr 2026
100
13:13 / 11 Noyabr 2026
106
12:57 / 11 Noyabr 2026
170
12:54 / 11 Noyabr 2026
175
12:48 / 11 Noyabr 2026
130
12:44 / 11 Noyabr 2026
204
12:35 / 11 Noyabr 2026
325
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.