Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib
27 May 2026, 16:41
Qaynar xətt:
(+99450) 247 90 86
WUF13
2326
14.05.2026, 13:51
Bakı beynəlxalq şəhərsalma forumuna ev sahibliyi edəcək! Sayılı günlər QALDI
Oxu24.com xəbər verir ki, Azərbaycan daha bir mötəbər beynəlxalq tədbirə —13-cü Ümumdünya Şəhərsalma Forumuna (WUF13) ev sahibliyi etməyə hazırlaşır. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir təşkil edilən bu forum, şəhərsalma və dayanıqlı inkişaf sahəsində dünyanın ən nüfuzlu platforması hesab olunur.
WUF13 Nədir və Bizim üçün Nə dərəcədə Əhəmiyyətlidir?
WUF13 (World Urban Forum) — sürətli urbanizasiyanın yaratdığı çətinlikləri, iqlim dəyişikliyinin şəhərlərə təsirini və hər kəs üçün əlçatan mənzil təminatını müzakirə etmək üçün yaradılmış qlobal bir hərəkatdır. Bu tədbir Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla yanaşı, Bakı və digər regionlarımızın müasir, "ağıllı" və ekoloji təmiz şəhərsalma standartlarına uyğun yenidən qurulmasına təkan verəcək.
Foruma 150-dən çox ölkədən 20 000-dən artıq qonağın gəlməsi gözlənilir. Bunların arasında dövlət rəsmiləri, merlər, dünyanın aparıcı memar və mühəndisləri, akademik dairələr və özəl sektor nümayəndələri yer alır.
Tədbir 17 – 22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionu və onun ətrafındakı 53 hektarlıq geniş ərazidə keçiriləcək. Ərazidə 121 pavilyondan ibarət "Urban Expo" sərgisi də fəaliyyət göstərəcək. Forum iştirakçıları və qonaqlar üçün xüsusi nəqliyyat terminalı və 10 hektarlıq parkinq zonası ayrılıb. Şəhərin müxtəlif nöqtələrindən məkana xüsusi ekspres avtobusların işləməsi planlaşdırılır.
Memar Cahid Həsənov: "Bakının imicində yeni dövr başlayır"
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən tanınmış memar Cahid Həsənov bildirib ki, belə bir mötəbər tədbirin Bakıda keçirilməsi şəhərimizin bu cür böyükmiqyaslı işlərə tam hazır olmasının göstəricisidir:
“Bu forum dünya memar və mühəndislərinin, habelə əlaqədar qurumların ölkəmizə inteqrasiyasına böyük təsir edəcək. Eyni zamanda, yerli mütəxəssislərimizin dünya arenasına çıxması üçün real zəmin yaradacaq, yeni iş birlikləri formalaşacaq”.
Memar qeyd edib ki, WUF13 Bakının və digər regionların simasını dəyişdirəcək yeni həll yollarını gündəmə gətirəcək. O, forumun paytaxtımız üçün vəd etdiyi əsas üstünlükləri belə sıralayıb:
1.Təmiz yaşayış məskənlərinin təmin olunması və ərazilərin düzgün layihələndirilməsi
2.Binalarda təbii işıqlanma və havalandırma sistemlərinin mükəmməl həlli
3.Şəhər mühitində oksigen balansının qorunması
4.Yaşıllıq zolaqlarının, böyük parkların, bağların və məhəllə parklarının sayının artırılması.
C. Həsənovun sözlərinə görə, bu proseslər sadəcə bir öhdəlik deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının bir hissəsidir. WUF13 vasitəsilə qurulan beynəlxalq əlaqələr gələcəkdə daha geniş miqyaslı layihələrin icrasına yol açacaqdır.
Çimnaz Telmanqızı
17:59 / 03 Avqust 2026
11
17:45 / 03 Avqust 2026
19
17:30 / 03 Avqust 2026
30
17:15 / 03 Avqust 2026
70
17:10 / 03 Avqust 2026
61
16:48 / 03 Avqust 2026
180
16:42 / 03 Avqust 2026
94
16:18 / 03 Avqust 2026
130
15:55 / 03 Avqust 2026
92
15:40 / 03 Avqust 2026
108
15:36 / 03 Avqust 2026
87
15:31 / 03 Avqust 2026
169
15:24 / 03 Avqust 2026
105
15:16 / 03 Avqust 2026
138
15:00 / 03 Avqust 2026
90
14:36 / 03 Avqust 2026
146
14:30 / 03 Avqust 2026
99
14:24 / 03 Avqust 2026
85
14:22 / 03 Avqust 2026
102
14:10 / 03 Avqust 2026
93
13:59 / 03 Avqust 2026
1204
13:59 / 03 Avqust 2026
95
13:56 / 03 Avqust 2026
399
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.