Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
70476
az

Ağciyəri Təmizləyən 8 Qida - Evdə üç Gün Etsəniz...

22:3605 İyun, 2022
461
TİBB
  • A

Nəfəs yollarının qıcıqlanması, öskürək, dərindən nəfəs ala bilməmək, boğulma hissi…
Karonavirusdan sonra sağlam insanların ağciyərlərində belə bu fəsadlar ortaya çıxır. Maraqlı
olan məqam, bəzilərində bu müddətin 1-2 həftə, bəzilərində isə aylarla davam etməsidir.

Nəfəs almağımızı təmin edən ağciyərlər, qanın bütün bədənimizə təmiz oksigen paylamasına imkan verir. Lakin karonaviruys birbaşa insanların ağciyərini hədəf alır və bu da qeyd etdiyimiz problemlərə gətirib çıxarır.
Ağciyərimiz özünü təmizləyə bilən orqandır. Lakin ona özünü yeniləməsi üçün biz bəzi qidalarla dəstək ola bilərik. Bu qidalar hansılardır? Bu gün bir bax kanalında onlarla tanış olacaqsınıq. Diqqət ekrana. 

C vitamini 
Ağciyərləri və bütün tənəffüs sistemini qoruyan bir antioksidantdır. C vitamini ilə zəngin qidalar qəbul edərkən orqanizminiz toksinlərdən təmizlənir. C vitamini qəbulunun ağciyər xərçənginin müalicəsinə müsbət təsirini araşdıran elmi işlər mövcutdur. Bol C vitamini qəbul edən insanlarda ağciyər xərçənginə tutulma riski olduqca aşağı olur. Nə qədər çox C vitamini ilə zəngin qidalar yeyəriksə o qədər də ağciyərlərimiz sağlam olar və tənəffüs sitemi patalogiyaları da sürətlə yaxşılaşacaqdır. Limon, portağal, kivi, qırmızı bibər, çiyələk, ananas və bütün narıncı meyvələr C vitamini ilə zəngindir.
Zəncəfil 
Yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyaları və qrip kimi xəstəliklərində istifadə olunan və xəstəliyin qarşısını alan ən yaxşı vasitələrdən biridir. Zəncəfil təbii detoks təsiri göstərən iltihab əleyhinə keyfiyyətə malik olan bir bitkidir. Zəncəfilin iltihabəleyhi özəlliyi tənəffüs sistemi xəstəliklərinin tez sağalmasını və tənəffüs yollarındakı bəlğəmin tez sorulmasını təmin edir. Astma xəstəliyinin müalicəsində də zəncəfildən istifadə olunur.
Sarımsaq 
Hər dərdə dərman bir bitki olaraq ağciyər xəstəliklərində xüsusi çəkiyə malikdir. Belə ki sarımsağın təbii antibiotiklə zənginlik kimi bir özəlliyi var.
Yaşıl çay
Yaşıl çaydan davamlı içilməsi ağciyərləri daima sağlam saxlayar və maye yığılmasına mane olar. Yaşıl çayda olan antioksidantlar c vitaminindən də güclüdür. Yaşıl çay içməklə həm ürək həm beyin həm də ağ ciyər xəstəliklərinin qarşısını almış olarıq. Bundan başqa yaşıl çay ağciyərləri siqaretin zərərlərindən və xərçəng xəstəliyindən də qoruyur. Sağlam ağciyər həyatdır.
Kəklikotu
Tərkibindəki efir yağları sinə tıxanmasına qarşı təsirli olur. Öskürək və yuxarı tənəffüs yolu infeksiyalarına qarşıdır, antibakterial xüsusiyyətləri sayəsində bakterial artımın qarşısını alır.
Keçibuynuzu bəkməzi
Ağciyərlərin sağlam olması üçün əvvəlcə toksinlərdən təmizlənməlidir. Keçibuynuzu ağciyəri toksinlərdən təmizləyən detoksifikasiya edən bir qidadır. Ağciyər təmizlənməsi və xərçəngdən qoruyucu təsiri ilə seçilən keçiboynuzu su ilə qaynadaraq istehlak edilə bilər. Astma və buna bənzər ağciyər xəstəliklərinin yaxşılaşma müddətində də faydalı olduğunu göstərən bir çox iş var.
Yerkökü 
Beta karotinlə zəngindir. Çoxumuz betakarotinin yerkökündə olduğunu və ancaq gözlərin görmə qabiliyyətinə müsbət təsir göstərdiyini düşünürük. Halbuki bitkilərə narıncı rəng verən betakarotin bir çox başqa meyvə və tərəvəzlərin də tərkibində vardır. Orqanizmdə A vitamininə çevrilən beta karotin ağciyərləri gücləndirir və xroniki abstruktiv ağciyər xəstəliklərindən qoruyur. Ərik qırmızı şirin bibər balqabaq və təbii ki yerkökündə çox miqdarda betakarotin vardır.
Yaşıl yarpaqlı tərəvəzlər
Bu bitkilər tənəffüs sisteminə müsbət təsir göstərən B qrup vitaminləri bol miqdardadır. Bu tərəvəzlərdə olan B-9 vitamini insanı bronxit və astma xəstəliklərindən qoruyur. Qara kələm, xardal, ispanaq kimi tərəvəzlər B-9 vitamini ilə zəngin olduğu üçün ağciyərləri təmizləyir. Vitamin B-9 DNT sintezində və qırmızı qan hüceyrələrinin əmələ gəlməsində iştirak edir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Uşaqlar arasında qəfil ölümün səbəbləri: Valideyn, yoxsa həkim səhlənkarlığı? - VİDEO

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...