Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib
13 Noyabr 2026, 01:52
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
283
23.10.2026, 23:19
Son illərdə aparılan elmi tədqiqatlar kənd təsərrüfatı məhsullarının keyfiyyət göstəricilərində ciddi dəyişikliklərin olduğunu göstərir. Yeni araşdırmalara əsasən, gündəlik istehlak etdiyimiz bir sıra kənd təsərrüfatı məhsullarında mühüm mineral və vitaminlərin miqdarı 20-50 faiz arasında azalıb. Torpaqların münbitliyinin zəifləməsi, intensiv əkinçilik və sənaye üsulu ilə emal olunmuş qidaların geniş yayılması bu narahatlığı daha da artırır. Mütəxəssislər bildirirlər ki, yalnız qarın toxluğu orqanizmin tam və sağlam qidalanması demək deyil. İnsan kifayət qədər kalori qəbul etsə də, orqanizm üçün həyati vacib olan zülal, vitamin və mikroelementləri ala bilməyə bilər. Qidaların keyfiyyətsizləşməsi fonunda ortaya çıxan bu mürəkkəb mənzərə müasir cəmiyyətlərdə qidalanma təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Bəs sənaye üsulu ilə emal olunan qidaların artması və torpaqların deqradasiyası şəraitində formalaşan bu təhlükə tam olaraq nə deməkdir və biz bundan necə qoruna bilərik?
Mövzu ilə bağlı Oxu24.com-a qida eksperti Fərid Səfərov açıqlama verib.
Fərid Səfərov bildirib ki, qeyri-kafi qidalanmanın üçqat yükü dedikdə eyni cəmiyyətdə və hətta eyni insanda üç problemin paralel məhsulu və gedişatı nəzərdə tutulur: qida çatışmazlığı, vitamin və mineral çatışmazlığı, həmçinin artıq çəki və piylənmə. Yəni insan kifayət qədər kalori qəbul etsə belə, orqanizmin ehtiyac duyduğu zülal, vitamin və mineralları lazımi miqdarda almaya bilər. Buna görə də qarın toxluğu həmişə sağlam qidalanma demək deyil.
Onun sözlərinə görə, kənd təsərrüfatı məhsullarında vitamin və mineralların azalması ilə bağlı iddialar ciddi araşdırılmalıdır:
“Torpağın münbitliyinin zəifləməsi, intensiv əkinçilik, bitki sortlarının dəyişməsi və məhsuldarlığın artırılmasına üstünlük verilməsi bəzi məhsulların qida tərkibinə təsir göstərə bilər. Bununla belə, bütün kənd təsərrüfatı məhsullarında vitamin və mineralların 20–50 faiz azalmasını ümumi və mübahisəsiz fakt kimi qəbul etmək düzgün deyil. Bu göstəricilər məhsulun növündən, müqayisə edilən dövrdən və tədqiqat metodundan asılıdır”.
Ekspert qeyd edib ki, digər tərəfdən, sənaye üsulu ilə emal olunmuş, şəkər, duz və doymuş yağlarla zəngin qidaların həddindən artıq istehlakı problemi daha da dərinləşdirir. Belə məhsullar yüksək enerji versə də, lif, vitamin və mineral baxımından kasad ola bilər. Nəticədə insan həm artıq çəki problemi ilə üzləşə, həm də müəyyən mikroelementlərin çatışmazlığından əziyyət çəkə bilər.
Fərid Səfərov tövsiyə edib ki, bu risklərdən qorunmaq üçün ilk növbədə qidalanmada müxtəlifliyə üstünlük vermək lazımdır:
“Gündəlik rasionda tərəvəz, meyvə, paxlalılar, tam taxıllar, yumurta, balıq və digər keyfiyyətli zülal mənbələri yer almalıdır. Həddindən artıq emal olunmuş məhsulların, şəkərli içkilərin və duzlu qəlyanaltıların istehlakı məhdudlaşdırılmalıdır. Mövsümi məhsullardan istifadə etmək, qidaları düzgün saxlamaq və bişirmə zamanı vitamin itkisini azaltmaq da vacibdir.
Bununla yanaşı, problemin həlli yalnız istehlakçının üzərinə düşmür. Torpaqların münbitliyinin qorunması, əkin dövriyyəsinin tətbiqi, üzvi maddələrlə zənginləşdirmə, suvarmanın düzgün təşkili və kənd təsərrüfatı məhsullarının qida dəyərinin müntəzəm monitorinqi vacibdir”.
“Əsas məsələ yalnız kifayət qədər yemək deyil, orqanizmi lazım olan qida maddələri ilə təmin etməkdir. Sağlam qidalanma həm məhsulun miqdarına, həm də keyfiyyətinə diqqət yetirməyi tələb edir. Qida təhlükəsizliyi ilə yanaşı, qidanın qida dəyərinin qorunması da ictimai sağlamlığın əsas istiqamətlərindən biri olmalıdır”,- deyə ekspert əlavə edib.
Çimnaz Telmanqızı
01:52 / 13 Noyabr 2026
228
01:49 / 13 Noyabr 2026
378
00:49 / 13 Noyabr 2026
122
00:18 / 13 Noyabr 2026
120
00:17 / 13 Noyabr 2026
151
23:53 / 12 Noyabr 2026
721
23:51 / 12 Noyabr 2026
123
23:40 / 12 Noyabr 2026
178
23:34 / 12 Noyabr 2026
121
23:24 / 12 Noyabr 2026
736
23:20 / 12 Noyabr 2026
121
23:19 / 12 Noyabr 2026
130
23:18 / 12 Noyabr 2026
127
23:12 / 12 Noyabr 2026
124
23:03 / 12 Noyabr 2026
131
23:02 / 12 Noyabr 2026
240
22:59 / 12 Noyabr 2026
122
22:55 / 12 Noyabr 2026
142
22:49 / 12 Noyabr 2026
168
22:40 / 12 Noyabr 2026
131
22:24 / 12 Noyabr 2026
203
22:21 / 12 Noyabr 2026
134
22:13 / 12 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.