Mir Şahin: Efirdə və həyatda Vətən və Dövlət adamı
12 Noyabr 2026, 21:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
431
23.10.2026, 19:38
Prezidentin geri qaytardığı rəqəmsal güzəştlərlə bağlı qanun yenidən qəbul edilərək təsdiqlənib.
Oxu24.com xəbər verir ki, İKT sahəsi üzrə ekspert Osman Gündüz sözügedən dəyişiklikləri şərh edib.
O əsas yenilikləri qeyd edib:
• Texnopark rezidentləri üçün müəyyən şərtlərlə 20 illik vergi və sosial sığorta güzəştləri nəzərdə tutulur.
• İri İT şirkətlərinin güzəştlərdən yararlanması yalnız ixrac göstəriciləri və ixrac gəlirlərinin ölkəyə daxil olması ilə şərtləndirilir. (Əvvəlki versiyada belə bir məhdudlaşma yox idi)
• Startaplara və vençur investisiyalarına yeni vergi təşviqləri tətbiq edilir.
• Frilanserlərin, rəqəmsal səyyahların və xarici İT mütəxəssislərinin fəaliyyəti üçün yeni hüquqi imkanlar yaradılır.
• İnnovativ məhsulların dövlət satınalmalarında iştirakı asanlaşdırılır, pilot layihələrin tətbiqi üçün mexanizmlər müəyyən edilir.
• Tədqiqat, innovasiya və yeni texnoloji məhsulların yaradılması üçün əlavə vergi təşviqləri nəzərdə tutulur.
Ekspertin sözlərinə görə, bu güzəştlər yerli ekosistemin inkişafının sürətləndirilməsi baxımından çox əhəmiyyətlidir: "Xüsusilə startapların dövlət satınalmalarına çıxışı, investorların təşviqi və iri şirkətlər üçün ixrac şərtləri sektorda yeni inkişaf imkanları aça bilər.
Dəyişikliklər böyük İT şirkətlərin də inkişafını stimullaşdıracaq, onların dövlət sifarişlərindən asılılığını azaldacaq.
Bu dəyişikliklər həm də onların xarici bazarlara çıxışına, rəqabətqabiliyyətli texnoloji məhsullar yaratmasına və ölkəmizdə real əlavə dəyərin formalaşmasına ciddi stimul verəcək".
O. Gündüzün fikrincə, bu istiqamətdə dəyişikliklər xeyli gec reallaşıb: "İndi əsas məsələ qanunun necə tətbiq olunmasıdır. Xatırlayıram ki, əvvəllər güzəştlərdən yararlanan İT şirkətlərin texnopark rezidenti olaraq təsdiqi prosesi elə də şəffaf deyildi, qanunvericilikdə nəzərədə tutulan struktur formalaşmamışdı. Düşünürəm ki, güzəştlərin verilməsi şəffaf olmalı, nəticələri ölçülməli, dövlət dəstəyinin real iqtisadi faydası qiymətləndirilməlidir".
Xatırladım ki, İT sektoruna geniş vergi və digər güzəştləri nəzərdə tutan qanun Prezident tərəfindən imzalanmadan yenidən baxılması üçün parlamentə qaytarılmışdı. Bu qanun Milli Məclis tərəfindən 14 iyulda qəbul edilmişdi. Bundan sonra Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsən parlamentdə iştirak edərək qanunun təkmilləşdirilmiş variantını təqdim etmişdi. Ölkə.az
21:55 / 12 Noyabr 2026
24
21:39 / 12 Noyabr 2026
44
21:26 / 12 Noyabr 2026
477
21:19 / 12 Noyabr 2026
63
21:04 / 12 Noyabr 2026
66
20:55 / 12 Noyabr 2026
125
20:42 / 12 Noyabr 2026
109
20:26 / 12 Noyabr 2026
113
20:14 / 12 Noyabr 2026
98
20:08 / 12 Noyabr 2026
108
20:05 / 12 Noyabr 2026
106
19:59 / 12 Noyabr 2026
99
19:49 / 12 Noyabr 2026
107
19:36 / 12 Noyabr 2026
117
19:31 / 12 Noyabr 2026
112
19:19 / 12 Noyabr 2026
121
19:15 / 12 Noyabr 2026
148
19:09 / 12 Noyabr 2026
109
19:03 / 12 Noyabr 2026
115
18:58 / 12 Noyabr 2026
117
18:50 / 12 Noyabr 2026
121
18:42 / 12 Noyabr 2026
1540
18:40 / 12 Noyabr 2026
114
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.