Bakıda Pirşağı istiqamətində marşrut avtobusları yenilənir
12 Noyabr 2026, 16:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1490
23.10.2026, 14:34
Azərbaycanda sosial ödənişlərin artırılmasını nəzərdə tutan altıncı sosial islahat paketi hazırlanır.
Oxu24.com APA-ya istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Xankəndidə keçirilən "SOCGOV 2026: Ağıllı idarəetmə üçün rəqəmsal təhlil" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, 2018-ci ildən ölkədə beş sosial islahat paketi icra olunub və bu paketlər üçün illik əlavə maliyyə vəsaiti 8 milyard manat təşkil edir.
Anar Əliyev forumun Vətən müharibəsində qazanılmış Zəfərin altıncı ildönümü günlərində keçirildiyini diqqətə çatdırıb, şəhid ailələri və müharibə iştirakçılarına göstərilən sosial dəstək tədbirlərindən danışıb.
O, "SOCGOV 2026" forumunun Xankəndidə keçirilməsinin simvolik əhəmiyyət daşıdığını, azad edilmiş ərazilərdə qurulan yeni həyatın və ağıllı şəhər konsepsiyasının təqdimatı baxımından önəmli olduğunu vurğulayıb.
Nazir, həmçinin sosial xidmətlərin elektronlaşdırılması, əlilliyin qiymətləndirilməsi, məşğulluq xidmətlərinin təkmilləşdirilməsi və inzibati proseslərin avtomatlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.
Bildirilib ki, DOST mərkəzlərində göstərilən xidmətlərin 90 faizdən çoxu elektronlaşdırılıb. Sosial islahatların nəticələri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilib və bu sahədə əldə olunan uğurlar 300-dən çox beynəlxalq mükafat və sertifikatla təltif olunub.
16:25 / 12 Noyabr 2026
1
16:21 / 12 Noyabr 2026
22
15:55 / 12 Noyabr 2026
65
15:36 / 12 Noyabr 2026
268
15:15 / 12 Noyabr 2026
54
15:12 / 12 Noyabr 2026
72
14:15 / 12 Noyabr 2026
125
14:04 / 12 Noyabr 2026
338
13:59 / 12 Noyabr 2026
295
13:55 / 12 Noyabr 2026
113
13:45 / 12 Noyabr 2026
205
13:36 / 12 Noyabr 2026
258
13:29 / 12 Noyabr 2026
120
13:21 / 12 Noyabr 2026
141
13:20 / 12 Noyabr 2026
164
13:18 / 12 Noyabr 2026
513
13:16 / 12 Noyabr 2026
167
13:07 / 12 Noyabr 2026
451
13:04 / 12 Noyabr 2026
113
13:00 / 12 Noyabr 2026
128
12:40 / 12 Noyabr 2026
134
12:25 / 12 Noyabr 2026
159
12:05 / 12 Noyabr 2026
152
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.