Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub
12 Noyabr 2026, 22:21
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
248
23.10.2026, 19:25
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı Bakıda qəbul etməsi, son illərdə Bakı və Dehli arasında yaranmış siyasi gərginlik və nisbi soyuqluq fonunda xüsusi geosiyasi əhəmiyyət kəsb edən addımdır. Bu diplomatik təmas, sadəcə protokolların icrası deyil, Cənubi Qafqaz və Cənubi Asiyanın iki güclü aktoru arasında yığılıb qalmış ziddiyyətlərin neytrallaşdırılmasına, qarşılıqlı maraqların yenidən tənzimlənməsinə və münasibətlərin praqmatik müstəviyə keçirilməsinə hesablanmış siyasi iradənin nümayişidir".
Bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankarı Bakıda qəbul etməsi, son illərdə Bakı və Dehli arasında yaranmış siyasi gərginlik və nisbi soyuqluq fonunda xüsusi geosiyasi əhəmiyyət kəsb edən addımdır. Bu diplomatik təmas, sadəcə protokolların icrası deyil, Cənubi Qafqaz və Cənubi Asiyanın iki güclü aktoru arasında yığılıb qalmış ziddiyyətlərin neytrallaşdırılmasına, qarşılıqlı maraqların yenidən tənzimlənməsinə və münasibətlərin praqmatik müstəviyə keçirilməsinə hesablanmış siyasi iradənin nümayişidir".
Oxu24.com xəbər verir ki,bu fikirləri Musavat.com-da Milli Məclisin deputatı Kamran Bayramov səsləndirib.
O qeyd edib ki, son dövrlərdə Azərbaycan-Hindistan münasibətlərində müşahidə olunan soyuqluğun kökündə dayanan əsas amil regional təhlükəsizlik və geostrateji balansa yanaşmalardakı ciddi fərqlərdir:
"İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Hindistanın Ermənistana ardıcıl hərbi-texniki dəstək verməsi, o cümlədən İrəvana hücum və müdafiə xarakterli müasir silah sistemləri tədarük etməsi Bakı tərəfindən regionda kövrək sülhə və təhlükəsizlik balansına təhdid kimi qiymətləndirilmişdir. Digər tərəfdən, Azərbaycanın Pakistan və Türkiyə ilə formalaşdırdığı strateji tərəfdaşlıq üçbucağı, həmçinin Kəşmir məsələsində Azərbaycanın beynəlxalq hüquq və BMT qətnamələrinə söykənən prinsipial mövqeyi Dehlidə həssaslıqla qarşılanmışdır. Bu geosiyasi toqquşma nöqtələri ikitərəfli əlaqələrin uzun müddət durğunluq dövrünə qədəm qoymasına və potensial əməkdaşlıq imkanlarının dondurulmasına gətirib çıxarmışdır. Lakin qlobal geoiqtisadi reallıqlar və dəyişən geostrateji konfiqurasiyalar göstərir ki, daimi siyasi ziddiyyətlər hər iki dövlətin uzunmüddətli milli maraqlarına xidmət etmir".
Deputatın sözlərinə görə, Bakıda keçirilən yüksək səviyyəli görüş fərqli geostrateji baxışların diplomatik dialoqa mane olmamalı olduğunu, əksinə, fikir ayrılıqlarının kompromis və açıq müzakirələr yolu ilə idarə olunmasının vacibliyini ortaya qoydu:
"Subrahmanyam Cayşankarın səfəri göstərir ki, Dehli Cənubi Qafqazın əsas aparıcı dövləti, regionun nəqliyyat və enerji qovşağı olan Azərbaycanla münasibətləri tamamilə kəsməyin zərərli olduğunu anlayır. Azərbaycan üçün də Hindistan kimi nəhəng iqtisadiyyata, demoqrafik resurslara və BMT Təhlükəsizlik Şurasının daimi üzvlüyünə iddialı olan nüfuzlu bir dövlətlə dialoq kanallarını açıq saxlamaq geostrateji cəhətdən əhəmiyyətlidir. Bakı-Dehli oxunda münasibətlərin yenidən canlandırılması üçün ən güclü dayaq nöqtəsi geoiqtisadiyyat və nəqliyyat-logistika layihələridir. Hər iki ölkə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşmasında strateji tərəfdir. Hindistanın Okean limanlarından Avropa və Rusiyaya yükdaşımalarını optimallaşdırmaq marşrutu məhz Azərbaycanın infrastruktur imkanlarından keçir. Eyni zamanda, enerji sektorunda əməkdaşlıq, Hindistan şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna, texnologiya, əczaçılıq, kənd təsərrüfatı və bərpa olunan enerji sahələrinə investisiya yatırmaq imkanları konyunktur siyasi problemlərin üstündən xətt çəkə biləcək dayanıqlı iqtisadi zəmin yaradır. Bura Atəşgah kimi tarixi-mədəni irsin yaratdığı humanitar və turizm potensialını da əlavə etdikdə, xalqlararası əlaqələrin bərpası üçün kifayət qədər yumşaq güc resurslarının mövcudluğu aydın görünür".
Kamran Bayramov yekun olaraq bildirib ki, İlham Əliyevin Hindistan xarici işlər nazirini qəbul etməsi Bakı ilə Dehli arasında siyasi soyuqluğun aradan qaldırılmasına və münasibətlərin yeni, daha praqmatik mərhələyə keçməsinə imkan verə bilər:
23:40 / 12 Noyabr 2026
36
23:34 / 12 Noyabr 2026
41
23:24 / 12 Noyabr 2026
139
23:20 / 12 Noyabr 2026
58
23:19 / 12 Noyabr 2026
25
23:18 / 12 Noyabr 2026
63
23:12 / 12 Noyabr 2026
62
23:03 / 12 Noyabr 2026
74
23:02 / 12 Noyabr 2026
156
22:59 / 12 Noyabr 2026
71
22:55 / 12 Noyabr 2026
81
22:49 / 12 Noyabr 2026
94
22:40 / 12 Noyabr 2026
77
22:24 / 12 Noyabr 2026
139
22:21 / 12 Noyabr 2026
87
22:13 / 12 Noyabr 2026
100
21:55 / 12 Noyabr 2026
94
21:39 / 12 Noyabr 2026
102
21:26 / 12 Noyabr 2026
1136
21:19 / 12 Noyabr 2026
113
21:04 / 12 Noyabr 2026
108
20:55 / 12 Noyabr 2026
361
20:42 / 12 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.