Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda 10-cu mikrorayonun salınması hansı imkanlar açacaq? – Memardan AÇIQLAMA  

Bakıda 10-cu mikrorayonun salınması hansı imkanlar açacaq? – Memardan AÇIQLAMA  

CƏMİYYƏT

260

23.10.2026, 22:58

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Paytaxtın 7-ci və 8-ci mikrorayonları arasında, Cəfər Xəndan küçəsində Bakının yeni — 10-cu mikrorayon salınacaq. Şəhərsalma və memarlıq baxımından böyük maraq doğuran bu təşəbbüs paytaxtın həmin hissəsinin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Yeni yaşayış massivinin yaradılması ərazinin infrastrukturunun təkmilləşdirilməsi ilə yanaşı, sakinlərin rahatlığı üçün geniş imkanlar açır. Mütəxəssislər hesab edirlər ki, layihələndirmə zamanı müasir memarlıq tendensiyaları və ekoloji tələblər əsas götürülməlidir. Bununla da paytaxt sakinlərinin estetik baxımdan zəngin və rahat yaşayış mühiti ilə təmin olunması hədəflənir.

Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran memar Cahid Həsənov bildirib ki, mikrorayonun salınması şəhərsalma baxımından çox sevindirici və gözəl haldır:

“Mikrorayon anlayışı şəhər daxilində müstəqil yaşayış mühiti formalaşdıran, müxtəlif sosial və infrastruktur obyektlərini vahid ərazidə birləşdirən şəhərsalma modelidir. Belə ərazilərdə parklar, uşaq əyləncə mərkəzləri, məktəblər, uşaq bağçaları, ictimai nəqliyyat infrastrukturu və ticarət obyektləri kompleks şəkildə planlaşdırılır. Bu yanaşma sakinlərin gündəlik tələbatlarının yaşayış ərazisinin özündə qarşılanmasına və rahat yaşayış mühitinin formalaşmasına imkan yaradır”.

Memarın sözlərinə görə, mikrorayonların əsas üstünlüklərindən biri fərdi yaşayış binalarının tikintisi ilə müqayisədə ərazinin kompleks və sistemli şəkildə planlaşdırılmasıdır:

“Son illərdə özəl tikinti şirkətləri tərəfindən salınan yaşayış massivlərində sıx tikinti, sosial infrastrukturun məhdudluğu və ərazinin sakinlərin ehtiyaclarına uyğun təşkil olunmaması kimi problemlər müşahidə edilir. Bu zaman əsas diqqət çox vaxt tikinti sahəsindən səmərəli istifadəyə və kommersiya gəlirlərinə yönəlir. Nəticədə ərazidə yaşayan insanların sosial və məişət ehtiyaclarını təmin edən obyektlərin yerləşdirilməsi üçün imkanlar məhdudlaşır”.

Cahid Həsənov qeyd edib ki, müasir mikrorayonlar isə sovet dövrünün standartlaşdırılmış yaşayış məhəllələrindən fərqlənməlidir. Burada binaların memarlıq-estetik görünüşü, tikililər arasındakı məsafə, təbii işıqlandırma, havalandırma və açıq ictimai məkanların təşkili əsas planlaşdırma prinsipləri kimi nəzərə alınmalıdır. Ərazinin genişliyi, yaşıllıq sahələrinin qorunması və sosial infrastrukturun əlçatanlığı da yaşayış keyfiyyətinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

“Bu baxımdan, Bakıda yeni mikrorayonun salınması şəhərsalma və memarlıq sahəsində kompleks planlaşdırma yanaşmasının tətbiqi üçün əhəmiyyətli imkan yarada bilər. Belə layihələr yalnız yaşayış binalarının inşasını deyil, həm də insanların rahat, təhlükəsiz və funksional yaşayış mühitində yaşamasını təmin etməlidir. Müasir şəhərsalma prinsiplərinə uyğun həyata keçiriləcəyi təqdirdə, bu təşəbbüs paytaxtın yaşayış məkanlarının planlaşdırılmasında yeni yanaşmanın formalaşmasına töhfə verə bilər”,- deyə memar əlavə edib. 

Çimnaz Telmanqızı

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

23:19 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

BANKLARIN KREDİT HESABLAMASI DƏYİŞDİ... – Kredit almaq istəyənləri nə gözləyir?

107

0
Putin düşmənlərinə mesaj verdi

23:18 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Putin düşmənlərinə mesaj verdi

107

0
Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

23:12 / 12 Noyabr 2026

DÜNYA DÜNYA

Moldova Prezidenti Azərbaycanla bağlı bir sıra açıqlamalar edib

103

0
Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

23:03 / 12 Noyabr 2026

TİBB TİBB

Şərab ləkəsi tamamilə yox ola bilərmi? – Dermatoveneroloqdan müalicə ilə bağlı açıqlama  

108

0
Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

23:02 / 12 Noyabr 2026

MARAQLI MARAQLI

Donuz və insan geninin birləşməsindən yaradılmış it - Foto 

208

0
Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

22:59 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bir dəfə uçuşa başlayır, aylarla yerə enmir – Qara uzunqanadın heyrətamiz xüsusiyyətləri  

102

0
Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

22:55 / 12 Noyabr 2026

İQTİSADİYYAT İQTİSADİYYAT

Avropaya Qara dənizin altından yeni enerji yolu açılır: Azərbaycanın strateji mövqeyi güclənir – Deputatdan AÇIQLAMA  

117

0
 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

22:49 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

 Əmək kitabçasındakı staj pensiya hesablanarkən nəzərə alınmırsa, vətəndaş nə etməlidir? – Vəkildən vacib açıqlama  

143

0
Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

22:40 / 12 Noyabr 2026

KRİMİNAL KRİMİNAL

Göygöldə açıq ərazidən kişi meyiti tapılıb 

113

0
Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

22:24 / 12 Noyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Bakı ilə razılaşma olmadan sərhədlər AÇILMAYACAQ: Türkiyənin Ermənistan siyasətinin pərdəarxası — ŞƏRH  

181

0
Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

22:21 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti İlham Əliyevin Dublində Çexiyanın Baş naziri ilə görüşü olub

115

0
Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

22:13 / 12 Noyabr 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub

128

0