Qızıl qayda: Sinədə ağrı və sıxıntı varsa, ilk növbədə ürək yoxlanılmalıdır!
11 Sentyabr 2026, 20:50
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
33
11.09.2026, 20:31
Başgicəllənmə insanların gündəlik həyatda ən çox rastlaşdığı şikayətlərdən biridir. Lakin “başım gicəllənir” ifadəsi əslində müxtəlif vəziyyətləri əhatə edir. Bəzi insanlarda ətrafın fırlanması hissi yaranır, digərlərində isə ayağa qalxarkən göz qaralması, halsızlıq, tarazlığın pozulması və ya yeriyərkən yırğalanma müşahidə olunur. Buna görə də başgicəllənmənin səbəbini müəyyənləşdirmək üçün onun nə zaman, hansı vəziyyətdə və necə başladığına diqqət etmək olduqca vacibdir.
Nevroloq Günay Əhmədova Oxu24.com-a açıqlamasında bildirib ki, başgicəllənmə zamanı ilk növbədə şikayətin xarakterini düzgün müəyyənləşdirmək lazımdır: “Məsələn, başınızı çevirəndə, yataqda sağa və ya sola dönəndə, uzananda və ya yataqdan qalxanda ətrafın fırlandığını hiss edirsinizsə, bu, vertiqo ilə əlaqəli ola bilər. Belə hallarda daxili qulaq və vestibulyar sistemlə bağlı səbəblər araşdırılmalıdır və LOR mütəxəssisinə müraciət etmək lazım gələ bilər”.
Mütəxəssis qeyd edib ki, xüsusilə başın müəyyən hərəkətləri ilə yaranan və qısa müddət davam edən fırlanma hissi xoşxassəli paroksizmal pozisional vertiqo – BPPV ilə əlaqəli ola bilər. Bu vəziyyətdə başın mövqeyi dəyişdikdə daxili qulaqda tarazlığa cavabdeh strukturların fəaliyyəti pozulur və insanda ətrafın fırlanması hissi yaranır. BPPV zamanı şikayətlər yataqda çevrilərkən, uzanarkən və ya başı müəyyən istiqamətdə hərəkət etdirərkən meydana çıxa bilər.
Günay Əhmədovanın sözlərinə görə, hər başgicəllənmə isə vertiqo deyil. “Əgər insan ayağa qalxanda gözünün qarşısının qaraldığını, ürəyinin sürətlə döyündüyünü, halsızlaşdığını və yıxılacaqmış kimi olduğunu hiss edirsə, burada tamam başqa səbəblər düşünülməlidir. Bu, arterial təzyiqin ayağa qalxarkən düşməsi – ortostatik hipotenziya ilə bağlı ola bilər. Belə vəziyyətlərdə kardioloq və ya terapevt tərəfindən də qiymətləndirmə lazım gələ bilər”, – deyə nevroloq bildirib.
Həkim vurğulayıb ki, insanın şikayəti ətrafın fırlanması deyil, daha çox yeriyərkən yırğalanma, tarazlığın pozulması və koordinasiya çətinliyi şəklindədirsə, nevroloji səbəblər də araşdırılmalıdır. Sinir sistemi ilə bağlı müxtəlif xəstəliklər, vestibulyar problemlər, bəzi dərmanların yan təsirləri və digər vəziyyətlər tarazlıq problemlərinə səbəb ola bilər. Bu baxımdan belə hallarda nevroloqa müraciət etmək vacibdir.
“Bəzi insanlar marketdə, izdihamlı yerlərdə, hərəkətli görüntülərə baxarkən və ya uzun müddət ekrandan istifadə etdikdə başgicəllənmənin artdığını bildirirlər. Belə hallarda da şikayətin səbəbi ətraflı araşdırılmalıdır. Bu, hər zaman daxili qulaq problemi demək deyil. Miqren, vestibulyar sistemin həssaslığı və digər nevroloji səbəblər də nəzərdən keçirilə bilər”, – deyə Günay Əhmədova əlavə edib.
Nevroloq xüsusilə yaşlı insanlarda tarazlıq problemlərinə diqqət yetirməyin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, yaş artdıqca görmə, vestibulyar sistem və əzələ-sinir əlaqəsində yaranan dəyişikliklər insanın müvazinətinə təsir göstərə bilər. Xüsusilə qaranlıqda yeriyərkən yırğalanma və yıxılma riski artırsa, bu vəziyyət mütləq həkim tərəfindən qiymətləndirilməlidir. Belə hallarda nevroloji müayinə ilə yanaşı, ehtiyac olduqda vestibulyar və reabilitasiya yanaşmaları da tətbiq edilə bilər.
Günay Əhmədova qeyd edib ki, başgicəllənmə zamanı insanın özbaşına dərman qəbul etməsi düzgün deyil. Çünki eyni simptom tamamilə fərqli səbəblərdən yarana bilər. Bir insanda daxili qulaqla bağlı problem olduğu halda, başqa şəxsdə qan təzyiqinin dəyişməsi, ürək ritmi, susuzlaşma, qan şəkərinin aşağı düşməsi, dərmanların yan təsiri və ya nevroloji səbəb başgicəllənməyə gətirib çıxara bilər.
Mütəxəssis ən vacib məqamın başgicəllənmənin necə başladığını və hansı əlamətlərlə müşayiət olunduğunu müəyyən etmək olduğunu bildirib. “Başım gicəllənir” deməklə səbəbi müəyyən etmək mümkün deyil. Həkim üçün başgicəllənmənin fırlanma şəklində olub-olmaması, ayağa qalxanda yaranıb-yaranmaması, nə qədər davam etməsi, baş hərəkətləri ilə əlaqəsi, qulaqda küy və eşitmə dəyişikliklərinin olub-olmaması, baş ağrısı, ürəkdöyünmə, görmə pozğunluğu və digər əlamətlərin müşahidə edilib-edilməməsi çox vacibdir”, – deyə o bildirib.
Nevroloq başgicəllənmənin qəfil başlaması və bununla yanaşı nitq pozğunluğu, üzün bir tərəfində əyrilik, qol və ya ayaqda zəiflik və ya keyimə, ikili görmə, qəfil yerimə və koordinasiya problemi kimi əlamətlərin meydana çıxması zamanı isə gözləməməyi tövsiyə edib. Bu əlamətlər insult kimi ciddi vəziyyətlərlə əlaqəli ola bilər və təcili tibbi yardım tələb edir.
“Əgər başgicəllənmə qəfil başlayıbsa və bununla yanaşı nitq pozulması, üzdə əyrilik, qol və ya ayaqda zəiflik, ikili görmə, yeriyə bilməmə və ya ciddi koordinasiya pozğunluğu varsa, bunu adi başgicəllənmə kimi qəbul etmək olmaz. Belə halda təcili tibbi yardım çağırılmalıdır. Vaxt burada çox önəmlidir”, – deyə Günay Əhmədova vurğulayıb.
Həkim sonda bildirib ki, başgicəllənmə təkbaşına bir xəstəlik deyil, müxtəlif səbəblərin əlaməti ola bilər. Buna görə də şikayətin təkrarlanması, uzun müddət davam etməsi, səbəbinin aydın olmaması və ya əlavə simptomlarla müşayiət olunması halında həkimə müraciət etmək lazımdır. Əsas məsələ başgicəllənmənin xarakterini düzgün müəyyənləşdirmək və səbəbə uyğun mütəxəssis tərəfindən müayinə olunmaqdır.
Turan
20:50 / 11 Sentyabr 2026
9
20:48 / 11 Sentyabr 2026
3
20:38 / 11 Sentyabr 2026
28
20:36 / 11 Sentyabr 2026
42
20:25 / 11 Sentyabr 2026
42
20:14 / 11 Sentyabr 2026
46
20:09 / 11 Sentyabr 2026
69
19:58 / 11 Sentyabr 2026
68
19:45 / 11 Sentyabr 2026
56
19:31 / 11 Sentyabr 2026
56
19:14 / 11 Sentyabr 2026
71
19:02 / 11 Sentyabr 2026
81
18:51 / 11 Sentyabr 2026
57
18:40 / 11 Sentyabr 2026
149
18:30 / 11 Sentyabr 2026
371
18:26 / 11 Sentyabr 2026
139
18:19 / 11 Sentyabr 2026
72
18:02 / 11 Sentyabr 2026
1479
17:55 / 11 Sentyabr 2026
74
17:50 / 11 Sentyabr 2026
76
17:10 / 11 Sentyabr 2026
105
17:02 / 11 Sentyabr 2026
126
16:59 / 11 Sentyabr 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.