SOCAR yeni kompleks tikəcək
11 Noyabr 2026, 01:00
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
283
01.10.2026, 19:07
İspaniya Bərabərlik Nazirliyinin İrqi və Etnik Ayrı-seçkiliyin Aradan Qaldırılması Şurasının (CEDRE) illik hesabatına görə, İspaniyada Latın Amerikası əsilli insanlar, qaraçılar və ərəblər ən çox irqi və ya etnik ayrı-seçkiliklə üzləşirlər.
Oxu24.com xəbər verir ki,hesabata görə, 2025-ci ildə ölkədə 2811 irqi və ya etnik ayrı-seçkilik hadisəsi qeydə alınıb.
Müqayisə üçün, 2022-ci ildə 1570, 2023-cü ildə 2582 və 2024-cü ildə 2913 belə hal qeydə alınıb.
Hesabatda qeyd olunur ki, ayrı-seçkilik ən çox məşğulluq, mal və xidmətlərə çıxış, mənzil, səhiyyə, təhsil, eləcə də media və internetdə baş verir.
İspaniyada 4,2 milyondan çox olan Latın Amerikası əsilli insanlar ayrı-seçkiliyə ən çox məruz qalan qrup kimi müəyyən edilib.
Növbəti yerlərdə təxminən 1 milyon nəfərlik qaraçılar və təxminən 2,5 milyon nəfərlik ərəblər gəlir.
CEDRE-nin məlumatına görə, 2025-ci ildə qeydə alınan halların 43%-i 26-45 yaş arası qurbanlar olub. Ayrı-seçkilik qurbanlarının demək olar ki, yarısı qadınlar olub.
Keçən il ən çox belə hal Madrid, Əndəlüs, Kastiliya və Leon muxtar icmalarında qeydə alınıb.
Hesabat müəllifləri həmçinin qeyd ediblər ki, ayrı-seçkilik hallarının böyük əksəriyyəti rəsmi orqanlara bildirilmir. Sənəddə vurğulanır ki, bu vəziyyət nifrət cinayətlərinin artmasına səbəb olur.
İrqçi hücumdan sonra beş nəfər həbs edilib
Son səs-küylü hadisə 27 sentyabrda İspaniyanın şərqindəki Valensiya əyalətinin Tavernes de la Valldigna şəhərində baş verib.
Bir qrup gənc iki kişiyə - biri seneqallı, digəri isə mərakeş əsilli kişiyə hücum edib.
Sosial mediada yayılan görüntüləri ilə 31 yaşlı mərakeşliyə edilən hücum xüsusilə geniş ictimai etiraza səbəb olub.
Hadisə ilə əlaqədar olaraq ikisi yetkinlik yaşına çatmayan beş kişi həbs edilib.
Ağır yaralanan və qısa müddətə xəstəxanaya yerləşdirilən Məhəmməd S. adlı Mərakeş vətəndaşı İspaniya mediasına hücumdan sonra çölə çıxmaqdan və ya tək qalmaqdan qorxduğunu bildirib.
"Düşündüm ki, məni öldürəcəklər. İşimi itirməkdən qorxuram. Ümid edirəm ki, bu, yaşayış və iş icazəsi üçün müraciətimə təsir etməz", - deyə o bildirib.
Jalə
01:50 / 11 Noyabr 2026
65
01:00 / 11 Noyabr 2026
101
00:31 / 11 Noyabr 2026
129
23:59 / 10 Noyabr 2026
145
23:57 / 10 Noyabr 2026
152
23:55 / 10 Noyabr 2026
426
23:53 / 10 Noyabr 2026
180
23:47 / 10 Noyabr 2026
1244
23:43 / 10 Noyabr 2026
152
23:39 / 10 Noyabr 2026
162
23:28 / 10 Noyabr 2026
358
23:27 / 10 Noyabr 2026
676
23:17 / 10 Noyabr 2026
1168
23:15 / 10 Noyabr 2026
185
23:00 / 10 Noyabr 2026
137
22:58 / 10 Noyabr 2026
170
22:55 / 10 Noyabr 2026
155
22:35 / 10 Noyabr 2026
142
22:30 / 10 Noyabr 2026
396
22:27 / 10 Noyabr 2026
123
22:19 / 10 Noyabr 2026
154
22:04 / 10 Noyabr 2026
229
21:55 / 10 Noyabr 2026
714
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.