Paşinyan Türkiyəyə səfər edib
11 Noyabr 2026, 09:22
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
450
01.10.2026, 20:27
"İran-Azərbaycan münasibətlərinin İran Prezidenti Məsud Pezeşkianın rəhbərliyi ilə normallaşdırılması istiqamətində cəhdlər edilir. Xüsusilə iqtisadi sahədə müəyyən addımlar atılır. Digər sahələrdə isə hələlik uyğun addımların atıldığını görmürük. İqtisadi və nəqliyyat sahələrində müəyyən əlaqələr mövcuddur.
Amma siyasi, elmi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün ilk növbədə İranda müəyyən islahatların aparılmasına ehtiyac var. Çünki Tehran hakimiyyətinin Azərbaycanı hədələməkdən, ölkəmizə qarşı təhdid dolu çıxışlar etməkdən əl çəkməsi münasibətlərin inkişafına təkan verə bilər".
Oxu24.com xəbər verir ki bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran-Azərbaycan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımlardan danışarkən səsləndirdi.
Onun sözlərinə görə, xüsusilə İran İnqilab Keşikçiləri Qvardiyasının, yəni SEPAH-ın bu cür addımlardan əl çəkməsi və Azərbaycana normal, qonşuluq münasibəti ilə yanaşması vacibdir.
"Əks halda İranla mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, əlaqələrin inkişaf etdirilməsi çətin ola bilər. Bunun üçün İranda sistemdə müəyyən dəyişikliklərin olmasına ehtiyac var. Hakimiyyət bölgüsü, Konstitusiyanın islahatı və ona dəyişikliklərin edilməsi, SEPAH-ın bütün qurumların daxili işlərinə müdaxilə etməkdən əl çəkməsi kimi məsələlər diqqətdə olmalıdır. Yəni İran daxilində iqtisadi, siyasi, mədəni və digər sahələrdə islahatlar reallaşdırılmasa, heç bir qonşu ölkə ilə sadaladığımız istiqamətlərdə əlaqələrin genişləndirilməsi mümkün olmayacaq və ya bu proses çox böyük çətinliklərlə üzləşəcək", - deyə siyasi şərhçi yekunlaşdırdı.
09:37 / 11 Noyabr 2026
1
09:35 / 11 Noyabr 2026
15
09:29 / 11 Noyabr 2026
47
09:25 / 11 Noyabr 2026
46
09:24 / 11 Noyabr 2026
51
09:22 / 11 Noyabr 2026
62
09:20 / 11 Noyabr 2026
55
08:58 / 11 Noyabr 2026
99
08:53 / 11 Noyabr 2026
191
01:50 / 11 Noyabr 2026
345
01:00 / 11 Noyabr 2026
196
00:31 / 11 Noyabr 2026
277
23:59 / 10 Noyabr 2026
238
23:57 / 10 Noyabr 2026
287
23:55 / 10 Noyabr 2026
815
23:53 / 10 Noyabr 2026
299
23:47 / 10 Noyabr 2026
1521
23:43 / 10 Noyabr 2026
266
23:39 / 10 Noyabr 2026
222
23:28 / 10 Noyabr 2026
437
23:27 / 10 Noyabr 2026
1143
23:17 / 10 Noyabr 2026
1755
23:15 / 10 Noyabr 2026
224
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.