SOCAR-da yeni TƏYİNAT
11 Noyabr 2026, 13:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
336
01.10.2026, 21:19
Bu gün görkəmli şair, Azərbaycanda qəzəl janrının inkişafında misilsiz xidməti olan qəzəlxan Əliağa Vahidin (1895–1965) vəfatından 61 il keçir.
Oxu24.com bildirir ki,əsl soyadı İskəndərov olan Əliağa Vahid Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olub.
Füzuli ənənələrinin davamçısı sayılan Ə.Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir.
Bununla yanaşı, o, Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə məharətlə tərcümə etmişdir. Əliağa Vahidin yaradıcılığı bununla məhdudlaşmır. Şair satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa etmişdir. Ə.Vahid haqqında 1991-ci ildə "Qəzəlxan" filmi çəkilmişdir.
Deyilənə görə, Ə.Vahid əslində içki aludəçisi olmamış, repressiyaya görə özünü içki içən kimi göstərirmiş ki, ona toxunmasınlar. Bir dəfə Mircəfər Bağırova repressiya ilə bağlı bir siyahı təqdim edirlər. Siyahıda Ə.Vahidin də adı olur. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib bildirir ki, o, bütün günü sərxoş olan adamdır, ondan ziyan gəlməz... Ə.Vahid bir müddət yaxşı şəraitdə yaşamamışdır. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də həsr etmişdir. Sonralar M.Bağırov Ə.Vahidi yanına çağırtdıraraq, onu mənzillə təmin etmişdir.
Əliağa Vahid əvəzolunmaz qəzəl ustadıdır. Şairin öz təbirincə desək:
- Səni zəmanə yetirməz dübarə, bir dənəsən!
Nigar
13:33 / 11 Noyabr 2026
1
13:27 / 11 Noyabr 2026
16
13:19 / 11 Noyabr 2026
41
13:13 / 11 Noyabr 2026
44
12:57 / 11 Noyabr 2026
107
12:54 / 11 Noyabr 2026
98
12:48 / 11 Noyabr 2026
91
12:44 / 11 Noyabr 2026
133
12:35 / 11 Noyabr 2026
192
12:32 / 11 Noyabr 2026
99
12:29 / 11 Noyabr 2026
83
12:24 / 11 Noyabr 2026
544
12:19 / 11 Noyabr 2026
406
12:15 / 11 Noyabr 2026
103
12:09 / 11 Noyabr 2026
92
11:57 / 11 Noyabr 2026
615
11:50 / 11 Noyabr 2026
124
11:49 / 11 Noyabr 2026
198
11:43 / 11 Noyabr 2026
1213
11:34 / 11 Noyabr 2026
123
11:32 / 11 Noyabr 2026
164
11:28 / 11 Noyabr 2026
174
11:16 / 11 Noyabr 2026
345
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.