Bu xəstəlik gizli gedirmiş -HƏKİM
27 Oktyabr 2026, 22:37
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
238
27.08.2026, 14:45
Burun tıxanıqlığı və burunla nəfəs almaqda çətinlik bir çox insanın qarşılaşdığı problemlərdəndir. Bəzi hallarda bu şikayətlər burun çəpərinin əyriliyi ilə əlaqəli olur. Mütəxəssislər isə uzunmüddətli burun tıxanıqlığının xüsusilə yuxu zamanı tənəffüsə və ümumi həyat keyfiyyətinə mənfi təsir göstərə biləcəyini bildirirlər.
Burun çəpərinin əyriliyi birbaşa ürək xəstəliyinə səbəb olmasa da, tənəffüsün uzun müddət çətinləşməsi və yuxu problemləri ürək-damar sisteminə əlavə yük yarada bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-kardioloq Aynur Məmmədova bildirib ki, burun çəpərinin əyriliyi özü birbaşa ürək xəstəliyi yaratmır, lakin bəzi hallarda ürək-damar sisteminə dolayı təsir göstərə bilər.
Onun sözlərinə görə, uzun müddət davam edən tənəffüs çətinliyi zamanı orqanizmin oksigenlə təminatında problemlər yarana və ürək kompensator mexanizmlərlə daha sürətli işləyə bilər:
“Bu zaman taxikardiya, yəni ürək döyüntülərinin sürətlənməsi müşahidə oluna bilər. Davamlı və uzunmüddətli ritm pozuntuları isə ürək-damar sistemi üçün əlavə risklər yarada bilər”.
Kardioloq qeyd edib ki, burun çəpərinin əyriliyi yuxu keyfiyyətinə də təsir göstərə bilər:
“Pasiyentlər gecələr rahat nəfəs ala bilmədikdə yuxuları pozulur. Yuxu keyfiyyətinin aşağı düşməsi stress hormonlarının artmasına, qan təzyiqinin dəyişməsinə və ürək döyüntülərinin sürətlənməsinə səbəb ola bilər. Xüsusilə yanaşı olaraq yuxu apnesi olan şəxslərdə ürək-damar riskləri daha ciddi qiymətləndirilməlidir”.
A.Məmmədova burun çəpərinin əyriliyi, davamlı burun tıxanıqlığı və burunla nəfəs almaqda çətinlik yaşayan şəxslərə LOR həkiminə müraciət etməyi tövsiyə edib.
“Əgər insan uzun müddət burunla rahat nəfəs ala bilmir, gecələr ağızla nəfəs almağa məcbur olur, xoruldama və yuxu problemləri yaşayırsa, səbəb mütləq araşdırılmalıdır. Zərurət yaranarsa, LOR mütəxəssisi tərəfindən müvafiq müalicə və ya cərrahi korreksiya məsələsinə baxıla bilər”, – deyə həkim vurğulayıb.
01:39 / 28 Oktyabr 2026
1
01:33 / 28 Oktyabr 2026
26
00:25 / 28 Oktyabr 2026
69
00:10 / 28 Oktyabr 2026
438
23:47 / 27 Oktyabr 2026
87
23:45 / 27 Oktyabr 2026
72
23:34 / 27 Oktyabr 2026
79
23:19 / 27 Oktyabr 2026
95
23:04 / 27 Oktyabr 2026
211
22:48 / 27 Oktyabr 2026
85
22:46 / 27 Oktyabr 2026
115
22:44 / 27 Oktyabr 2026
79
22:41 / 27 Oktyabr 2026
85
22:39 / 27 Oktyabr 2026
237
22:37 / 27 Oktyabr 2026
83
22:24 / 27 Oktyabr 2026
94
22:21 / 27 Oktyabr 2026
79
22:03 / 27 Oktyabr 2026
369
21:55 / 27 Oktyabr 2026
80
21:46 / 27 Oktyabr 2026
83
21:33 / 27 Oktyabr 2026
750
21:14 / 27 Oktyabr 2026
521
21:09 / 27 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.