Məcəlləyə dəyişiklik EDİLDİ
27 Oktyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
547
07.10.2026, 11:34
Həkimlər “daha ümid yoxdur” deyəndə, dostları onun vərəm xəstəsi olduğunu ilk dəfə eşidir. Hüseynağa Hadıyevin Cəfər Cabbarlı ilə qohum olduğunu bilirdinizmi?
Onun anası Törə xanım Cəfər Cabbarlının böyük qardaşı Hüseynqulunun qızı idi.
Yəni Hüseynağa Hadıyev Cəfər Cabbarlının qardaşı nəvəsi idi.
1946-cı ildə Bakıda dünyaya gələn Hüseynağa Hadıyev musiqi təhsili almasa da, güclü musiqi duyumu və özünəməxsus səs tembri ilə seçilirdi.
Musiqi ilə “Pionerlər evi”ndəki qarmon dərnəyində məşğul olmağa başlamışdı.
Sonralar dostu, bəstəkar Rizvan Ələsgərovun təşəbbüsü ilə “Dan ulduzu” ansamblına qoşuldu.
Hüseynağa Hadıyev qısa müddətdə ansamblın aparıcı solistlərindən birinə çevrildi. Özünəməxsus ifa tərzi və səsi ilə dinləyicilərin sevgisini qazandı. “Gecələr bulaq başı”, “Bu gecə”, “Mənim dünyam” kimi mahnılar onun ifasında yaddaşlarda qaldı.
Amma səhnədəki uğurlarının arxasında ağır bir həyat hekayəsi də vardı.
Uşaqlıqdan əziyyət çəkdiyi vərəm xəstəliyini uzun illər hər kəsdən gizlətmişdi. Xəstəlik ağırlaşanda isə artıq onu xilas etmək mümkün olmadı.1992-ci ilin yanvar ayında onun səhhəti pisləşir “Səkkizinci kilometr”dəki vərəm dispanserinə köçürülür. O, həyat yoldaşının və oğlunun onu ziyarət etməsinə icazə verir. Digər xanımla da münasibəti bitən Hüseynağa Hadıyev 1992-ci il yanvarın 12-də dipanserdə dünyasını dəyişir.
Deyilənlərə görə, həmin vaxt həyatında olan hər iki qadın Hüseynağadan imtina edir və Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb dəfn edir.
Bu gün Hüseynağa Hadıyev deyəndə ilk xatırlanan da elə həmin təkrarolunmaz səsdir.
Allah rəhmət eləsin.
Anar Tağıyev
13:15 / 27 Oktyabr 2026
40
13:10 / 27 Oktyabr 2026
27
13:08 / 27 Oktyabr 2026
68
12:56 / 27 Oktyabr 2026
60
12:49 / 27 Oktyabr 2026
95
12:47 / 27 Oktyabr 2026
62
12:45 / 27 Oktyabr 2026
63
12:43 / 27 Oktyabr 2026
57
12:35 / 27 Oktyabr 2026
320
12:32 / 27 Oktyabr 2026
77
12:30 / 27 Oktyabr 2026
118
12:28 / 27 Oktyabr 2026
75
12:24 / 27 Oktyabr 2026
74
12:01 / 27 Oktyabr 2026
73
11:55 / 27 Oktyabr 2026
85
11:45 / 27 Oktyabr 2026
74
11:33 / 27 Oktyabr 2026
91
11:25 / 27 Oktyabr 2026
124
11:16 / 27 Oktyabr 2026
197
11:09 / 27 Oktyabr 2026
97
11:05 / 27 Oktyabr 2026
407
10:53 / 27 Oktyabr 2026
77
10:48 / 27 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.