Məcəlləyə dəyişiklik EDİLDİ
27 Oktyabr 2026, 12:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
264
07.10.2026, 11:16
Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyən edir.
Oxu24.com xəbər verir ki, burada minimum aylıq əməkhaqqı xüsusi yer tutur. Belə ki, minimum aylıq əməkhaqqının hansı səviyyədə artırılacağı əhəmiyyət kəsb edir. Söhbət ondan gedir ki, bu göstərici əməyin ödənişinin minimum həddini müəyyən etməklə, bir sıra sahələrdə əməkhaqqı məbləğlərinə təsir edir.
Minimum aylıq əməkhaqqı sonuncu dəfə 2025-ci ilin əvvəlində artırılaraq 400 manata çatdırılıb. Həmin il orta illik inflyasiya 5,6 faiz təşkil edib. 2026-cı ilin yanvar-avqust aylarında isə orta illik inflyasiya 5,7 faiz olub. İlin sonunda bu göstəricinin 6 faizi ötməsi mümkündür. Bundan başqa, 2025-ci ildə orta aylıq əməkhaqqında 9,3 faiz artım olub. 2026-cı ilin ilk 7 ayında isə orta aylıq əməkhaqqı 7,2 faiz artıb.
Başqa sözlə, minimum əməkhaqqının sonuncu dəfə artırılmasından ötən dövrdə istər inflyasiya səviyyəsi, istərsə də orta aylıq əməkhaqqı artımı 2027-ci ildə minimum əməkhaqqının ən azı 10 faiz artırılacağı ilə bağlı ehtimal yaradır.
Qanunvericiliyə görə, minimum əməkhaqqı ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əməkhaqqı minimum əməkhaqqı məbləğindən aşağı ola bilməz. Bu mənada minimum aylıq əməkhaqqının artması bu həddə məvacib alanların əməkhaqqına təsir edəcək.
Minimum əməkhaqqının artırılması Vahid Tarif Cədvəlinə (VTC) uyğun əməkhaqqı alanların maaşlarının artması deməkdir. Cədvəl üzrə ən aşağı əməkhaqqı 1-ci dərəcə olmaqla minimum əməkhaqqıdır. Əməkhaqları VTC əsasında ödənilən işçilərin sırasına dövlət büdcəsindən maliyyələşdirilən sosial, elm, mədəniyyət, gənclər və idman, kənd təsərrüfatı, ekologiya və ətraf mühitin mühafizəsi, mənzil-kommunal və digər sahələrdə çalışanlar aiddir.
Qanunvericiliyinə görə, VTC-nın tətbiqi büdcədən maliyyələşdirilən bütün müəssisə, idarə və təşkilatlar (dövlət idarəetmə və hakimiyyət, müdafiə, hüquq-mühafizə orqanları istisna olmaqla) üçün məcburidir. Digər müəssisə, idarə və təşkilatların işçilərinin VTC əsasında təyin olunmuş əməkhaqları müvafiq ixtisas dərəcəli işçinin əmək normasının yerinə yetirilməsi üçün əməyin ödənilməsinin minimum məbləğinin mütləq dövlət təminatıdır. Bu baxımdan minimum əməkhaqqının artımı VTC-nin bütün pillələri üzrə artıma imkan verir.
Minimum əməkhaqqının artması təkcə maaşlar üçün əhəmiyyət daşımır. Belə ki, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edənlərin məcburi dövlət sosial sığorta haqları minimum əməkhaqqına uyğun müəyyən edilir. Həmçinin vergi uçotuna alınmış fiziki şəxslərin aylıq icbari tibbi sığorta haqları da minimum əməkhaqqına əsaslanır. Bu baxımdan minimum əməkhaqqının artması belə ödənişlərin də artmasına gətirib çıxarır.
Qafqazinfo
13:15 / 27 Oktyabr 2026
40
13:10 / 27 Oktyabr 2026
27
13:08 / 27 Oktyabr 2026
68
12:56 / 27 Oktyabr 2026
60
12:49 / 27 Oktyabr 2026
95
12:47 / 27 Oktyabr 2026
62
12:45 / 27 Oktyabr 2026
63
12:43 / 27 Oktyabr 2026
57
12:35 / 27 Oktyabr 2026
320
12:32 / 27 Oktyabr 2026
77
12:30 / 27 Oktyabr 2026
118
12:28 / 27 Oktyabr 2026
75
12:24 / 27 Oktyabr 2026
74
12:01 / 27 Oktyabr 2026
73
11:55 / 27 Oktyabr 2026
85
11:45 / 27 Oktyabr 2026
74
11:33 / 27 Oktyabr 2026
91
11:25 / 27 Oktyabr 2026
124
11:16 / 27 Oktyabr 2026
197
11:09 / 27 Oktyabr 2026
97
11:05 / 27 Oktyabr 2026
407
10:53 / 27 Oktyabr 2026
77
10:48 / 27 Oktyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.