Qüvvələr tükəndi: Rus və Ukrayna əsgəri əvəzinə döyüşə PUA-lar girdi
07 Oktyabr 2026, 12:08
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
42
07.10.2026, 12:34
İranın neft naziri Möhsün Paknejad istefa verib. Ölkənin rəsmi qurumlarının bildirdiyinə görə, onun vəzifəsini İran Milli Neft Şirkətinin baş icraçı direktoru Həmid Bovard icra edəcək.
Oxu24.com xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz qeyd edib.
“İranın rəsmi dairələri bu istefanın səbəbini Paknejadın həyatında yaşanan “məişət prolemləri” ilə əlaqələndirirlər. Xarici müşahidəçilər isə istefanın daha dərin səbəbləri olduğunu bildirirlər. Onların fikrincə, İranda yaşanan neft böhranı nazirin istefa ərizəsi yazmasının əsas səbəbidir.
Xarici media orqanlarında yazılan statistik məlumatlar da bu iddianı təsdiqləyir. Bildirildiyinə görə, İranın milli valyutası olan rial 5 oktyabrda yenidən ucuzlaşıb. Artıq 1 ABŞ dolları valyuta məntəqələrində 2,69 milyon riala dəyişdirilir. Bu isə tarixi rekorddur.
Mütəxəssislər İran valyutasında yaşanan tənəzzülü sentyabr ayında xam neft satışının olmaması və neft nazirinin qəfil istefa verməsi ilə əlaqələndirirlər. İddialara görə, Pezeşkian hakimiyyəti inanılmaz təzyiqlərlə qarşı-qarşıyadır. Bildirilir ki, İran iqtisadiyyatı bu gün üç sürprizlə qarşılaşıb: azalan neft gəlirləri, idarəolunan valyutanın iflası və neft nazirinin istefası. Bütün bunlar isə rialın məzənnəsinin çöküşünə yol açıb”, - politoloq vurğulayıb.
Politoloq bildirib ki, “Kpler” şirkətinin xam neft təhlili rəhbəri Humayun Fələkşahinin 3 oktyabrda verdiyi analizə görə, İran ötən ay ixrac terminallarına neft yükləməyib ki, bu da 1979-cu il inqilabından bəri ilk dəfədir:
“Kpler”in məlumatları göstərir ki, 14 iyuldan bəri İran xam nefti ABŞ-ın dəniz blokadası xəttini keçməyib və yükləmə iyul ayında gündə 893.000 barreldən 17 avqusta qədər 156.000 barrelə düşüb. Fələkşahinin sözlərinə görə, istehsal təxminən 1,8 milyon barreldir ki, bu da daxili istehlak üçün kifayətdir və müharibədən əvvəlki səviyyənin təxminən yarısıdır. “Kpler”in məlumatlarına görə, Körfəz rəqibləri İran olmadan Hörmüz boğazını keçiblər və onların ixracı sentyabrın son həftəsində müharibədən əvvəlki səviyyələrdən də yuxarı olub - 19,5 milyon barrel. Bu, Tehranın xəzinəsinə yaxşı təsir göstərmir”.
İyulun ortalarında blokada başlayanda İranın tankerlərində təxminən 90 milyon barrel neft var idi. Və Amerika mənbələri sentyabrın əvvəlində bu rəqəmin 29 milyon barrelə düşdüyünü bildirdilər.
Bir müddət əvvəl Prezident Məsud Pezeşkian “Foks Nyus”a verdiyi açıqlamasında İranın hətta neft təchiz etdiyi ölkələrdən pulunu belə ala bilmədiyini, əvvəllər razılaşdırılmış barter müqavilələrinin qeyri-mümkün hala gəldiyini söyləmişdi.
Yerli media bu il inflyasiyanın 90%-ə yaxın olduğunu və ÜDM-in 5,4% azaldığını bildirib ki, bu da administrasiyanın vəziyyətini daha da pisləşdirir.
Alman nəşri “Intellinews” yazır: “4 oktyabrda gecə yarısı istefa verən neft naziri var: Möhsün Paknejad… Aprel ayında blokadanın neft ixracını məhdudlaşdıra bilmədiyini söyləmişdi. Üzərindən altı ay keçdi, terminallar heç nə yükləmədi. İran mediası onun gedişini Çinin 7 neft emalı zavoduna neft satmaq üçün ləğv edilmiş müqavilə və taleyi qeyri-müəyyən olan 80 milyon barrel neftlə əlaqələndirir. Hərçənd ki, bu iddia rəsmən təsdiqlənməyib”.
Qısası, İran indiyədək ABŞ-ın hərbi müdaxilələrinə duruş gətirməyi bacarsa da, ona qarşı tətbiq olunan iqtisadi sanksiyalar qarşısında getdikcə həssas vəziyyətlə üzləşir. Alman mütəxəssislərin analizlərinə inansaq, ölkədə ən böyük problem isə bu aydan sonra başlayacaq”.
13:07 / 07 Oktyabr 2026
1
13:05 / 07 Oktyabr 2026
10
12:58 / 07 Oktyabr 2026
30
12:56 / 07 Oktyabr 2026
26
12:50 / 07 Oktyabr 2026
61
12:37 / 07 Oktyabr 2026
116
12:30 / 07 Oktyabr 2026
44
12:17 / 07 Oktyabr 2026
127
12:08 / 07 Oktyabr 2026
49
12:03 / 07 Oktyabr 2026
62
12:01 / 07 Oktyabr 2026
99
11:53 / 07 Oktyabr 2026
159
11:41 / 07 Oktyabr 2026
1391
11:40 / 07 Oktyabr 2026
95
11:34 / 07 Oktyabr 2026
157
11:32 / 07 Oktyabr 2026
49
11:26 / 07 Oktyabr 2026
56
11:16 / 07 Oktyabr 2026
82
11:14 / 07 Oktyabr 2026
376
11:13 / 07 Oktyabr 2026
57
11:11 / 07 Oktyabr 2026
56
11:05 / 07 Oktyabr 2026
70
11:03 / 07 Oktyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.