Milli Məclisdə torpaqlarla bağlı QƏRAR
27 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
209
07.10.2026, 11:05
Aqrar qanunvericilikdə ilk dəfə iqlim dəyişikliklərinin təsirinin azaldılması və adaptasiya tədbirləri tənzimlənir.
Oxu24.com xəbər verir ki, bu, Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Aqrar sahə haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, aqrar sahədə iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri aşağıdakılardır:
- aqrar sahədə yaranan tullantıların idarə edilməsi və təkrar istifadəsi, habelə digər sahələrdə yaranan tullantıların idarə edilməsində aqrar sahənin imkanlarından istifadə edilməsi;
- qoruyucu meşə zolaqlarının salınması;
- istixana qazı emissiyalarının və ətraf mühitə mənfi təsirin azaldılmasına yönəldilmiş ekoloji təmiz və resursqənaətedici texnologiyaların, inteqrir bitki mühafizəsinin tətbiqi, habelə elektrik və digər aşağı emissiyalı kənd təsərrüfatı texnikasından istifadənin genişləndirilməsi;
- elektrik mühərrikli kənd təsərrüfatı texnikasının tətbiqinin genişləndirilməsi;
- heyvandarlığın regionlar üzrə planlaşdırılması zamanı istixana qazlarının emissiyasının udulma və tutulma imkanları nəzərə alınmaqla respublika üzrə paylanılması, habelə heyvandarlıqda mövcud emissiyanın azaldılması məqsədilə layihələrin təşviq edilməsi;
- iqlim dəyişikliklərinin aqrar sahəyə mənfi təsiri ilə bağlı maarifləndirmənin həyata keçirilməsi;
- aqrar sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi.
Layihəyə görə,iqlim dəyişikliklərinə adaptasiya məqsədilə aqrar sahədə aşağıdakı tədbirlər nəzərdə tutulur:
- iqlim dəyişikliklərinə davamlı bitki sortları və heyvan cinslərinin yaradılması və bu istiqamətdə layihələrin təşviqi;
- təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr üzrə erkən xəbərdarlıq sistemlərinin qurulması;
- sudan səmərəli istifadə edilməsi, habelə alternativ su mənbələrindən istifadə imkanlarının genişləndirilməsi.
12:32 / 27 Oktyabr 2026
1
12:30 / 27 Oktyabr 2026
10
12:28 / 27 Oktyabr 2026
25
12:24 / 27 Oktyabr 2026
22
12:01 / 27 Oktyabr 2026
58
11:55 / 27 Oktyabr 2026
67
11:45 / 27 Oktyabr 2026
60
11:33 / 27 Oktyabr 2026
76
11:25 / 27 Oktyabr 2026
99
11:16 / 27 Oktyabr 2026
163
11:09 / 27 Oktyabr 2026
89
11:05 / 27 Oktyabr 2026
319
10:53 / 27 Oktyabr 2026
71
10:48 / 27 Oktyabr 2026
101
10:45 / 27 Oktyabr 2026
72
10:40 / 27 Oktyabr 2026
95
10:36 / 27 Oktyabr 2026
145
10:34 / 27 Oktyabr 2026
75
10:32 / 27 Oktyabr 2026
82
10:25 / 27 Oktyabr 2026
73
10:14 / 27 Oktyabr 2026
230
10:08 / 27 Oktyabr 2026
97
10:04 / 27 Oktyabr 2026
607
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.