Qaynar xətt:

(+99450) 247 90 86

Bazar Gününü gözləməyin! —  Mirşahin Ağayevin POSTU

Bazar Gününü gözləməyin! —  Mirşahin Ağayevin POSTU

CƏMİYYƏT

88

07.10.2026, 10:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qarabağın, Şərqi Zəngəzurun işğaldan azad edilməsi, Azərbaycanın Ərazi Bütövlüyünün bərpa, Dövlət Suverenliyinin təmin olunması Prezident İlham Əliyevin sarsılmaz iradəsinin, dünyanın bütün supergücləri ilə qeyri-bərabər mübarizədə nümayiş etdirdiyi fədakarlığın nəticəsidir.

Oxu24.com xəbər verir ki,bu haqda  Əməkdar jurnalist Mirşahin Ağayev öz sosial şəbəkə hesablarında paylaşım edib.

"Bu ilahi ədaləti, təkzibolunmaz həqiqəti şübhə altına almaq fikrinə düşənlər, ən yumşaq desək şəhidlərimizin ruhunu təhqir edən xəyanətkarlardır. Azərbaycanın bütün cəbhə boyu, təkbaşına apardığı  savaşda qazandığı qələbəyə özgələrini şərik qoşanlar, Prezident İlham Əliyevin müxtəlif vaxtlarda və ayrı-ayrı hallarla bağlı ifadə etdiyi fikirləri indi kontekstdən çıxararaq ideoloji təxribat vasitəsinə çevirənlər, qarşısında yaxın tariximizin şahidlərini görməlidirlər və görəcəklər! Bizi görəcəklər!!! Bəli, torpaqlarımızın beşdə biri 30 il işğal altında qalıb. 

Nə BMT, nə bir başqa qurum, nə də hər hansı dövlət barmaq barmağa vurub. Bəli, milyon nəfərə yaxın qaçqın və köçkünümüzü Azərbaycan saxlayıb-min bir əzabla: vaqonda, çadırda, yataqxanada, şaxtada, qızmarda, qarda, yağışda… 

Azərbaycan dövləti Ali Baş komandan İlham Əliyevin rəhbərliyi, məsuliyyəti altında Vətən Müharibəsi aparıb, Antiterror əməliyyatı aparıb-Qələbə qazanıb. Ermənistana, onun bütün havadarlarına təkbaşına qalib gəlib. İndi, artıq hər şey arxada qalandan, Böyük Qayıdış tam sürət götürəndən, keçmiş köçkünlər öz yurd-yuvasına qayıdandan sonra kimlərisə meydana atmaq ki, bunlar da var?!… Ayıbdır! Vicdansızlıqdır! Qədirbilməzlikdir! Milli Qürurumuzu, Xalqımızın mənliyini xilas edən liderə “Sağ ol! Yaşa! Var ol! Həmişə uca ol, sən ki bizi ucaltdın!” demək əvəzinə əxlaqsızlıq püskürmək? Cavab tapa bilmirəm! Azərbaycan “Artsaxın ordusu var, razılaşsaz da, razılaşmasaz da dövlətdir”-deyə ağzını erməni …tazına dirəyənini də,  “Kaş bizim prezidentimiz Paşinyan olaydı!” deyə xiffət çəkməklə şəhid atasını gordan çıxaranı da unutmayıb. Zəfərimizə

kimin şübhəsi var? 

Kimin vicdanı kordur?   

Hansı dərənin Sevinc Osmanqızı, hansı “təpənin” Qurban Məmmədovu, hansı duvarın Fuad Qəhrəmanlı dibi, hansı antisanitariya rütubətinin Tural Sadıqlı və ya sədaqətsizliyin Abid Qafarlı törəməsi, dilinin ünsiyyət ya cinsiyyət vasitəsi olduğunu çaşdıran istənilən xaric qaravaşlarını,  ümumiyyətlə Azərbaycan dilində danışan-danışmayan təxribatçıları, özünü üzdə bir, arxada iki, üç, dörd… aparan çoxüzlüləri, riyakarları-uydurduğu yalanı, atdığı iftiranı harda qusmasından asılı olmayaraq hər kəsi yadda saxlayırıq! Azərbaycanın tarixi nailiyyətini-Ümumxalq Qələbəsini ləkələyənlər, Bazar Gününü gözləməyin! Bütün tarixi gerçəkləri, faktları, dəlilləri, sənəd-sübutları gözünüzə hər gün soxacaq, həqiqətin cəhənnəmini sizə bu dünyada hər fürsətdə yaşadacağıq! Borc olsun!",-deyə M.Ağayev qeyd edib.

Nigar