Göz təzyiqinin normal olması sizi aldatmasın! – HƏKİM DANIŞDI
09 Noyabr 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
569
21.08.2026, 13:31
Göz nahiyəsində yaranan ağrılar bir çox hallarda sadə yorğunluq və ya iltihab kimi qiymətləndirilsə də, bəzən orqanizmdəki ciddi xəstəliklərin ilk siqnalı ola bilər. Vaxtında diqqət yetirilməyən göz ağrıları irəliləyən mərhələlərdə görmə qabiliyyətinin zəifləməsinə və ya tam itirilməsinə gətirib çıxarmaq təhlükəsi daşıyır. Mütəxəssislər bildirirlər ki, göz iltihablarının bir çoxu müstəqil patologiya deyil, orqanizmdə mövcud olan sistem xəstəliklərinin təzahürüdür. Xüsusilə revmatoloji, autoimmun və infeksion xəstəliklərdən əziyyət çəkən şəxslərdə göz ağrılarına daha ciddi yanaşılmalıdır. Bundan başqa, gözü hərəkət etdirərkən ağrının kəskinləşməsi sinir sistemi ilə bağlı ciddi problemlərə dəlalət edə bilər.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən həkim-oftalmoloq Dr. Benjamin Kərimov göz ağrılarının yaranma səbəbləri və təhlükəli məqamları barədə danışıb:
"Göz ağrısına gətirib çıxaran səbəblərdənən əsas Uveit xəstəliyidir, yəni gözün daxilində yaranan iltihabdır. Bu iltihab əslində gözün öz xəstəliyi deyil, orqanizmdəki digər patologiyaların gözdə büruzə verməsidir. Çox vaxt buna autoimmun rahatsızlıqlar — revmatizm, artrit və ya lupus xəstəlikləri səbəb olur”.
Onun sözlərinə görə, həmçinin infeksion, dəri və ya vərəm xəstəlikləri zamanı da Uveit yarana bilər:
“Diqqət yetirilməli digər bir hal skleritlərdir. Sklerit gözün ağ təbəqəsinin (ağ qışasının) iltihabıdır. Əgər bu iltihab uzun müddət davam edərsə, göz divarında yırtılmalar və deşilmələr belə baş verə bilər.
Bundan başqa, əgər gözünüzü hərəkət etdirərkən ağrılar kəskin şəkildə artırsa, bu artıq Optik Nevritin — yəni göz sinirinin iltihabının əlamətidir”.
04:34 / 10 Noyabr 2026
60
04:12 / 10 Noyabr 2026
74
02:34 / 10 Noyabr 2026
119
02:02 / 10 Noyabr 2026
115
01:30 / 10 Noyabr 2026
214
01:19 / 10 Noyabr 2026
366
01:00 / 10 Noyabr 2026
165
00:25 / 10 Noyabr 2026
686
00:20 / 10 Noyabr 2026
135
00:14 / 10 Noyabr 2026
333
00:08 / 10 Noyabr 2026
129
23:52 / 09 Noyabr 2026
220
23:52 / 09 Noyabr 2026
1871
23:48 / 09 Noyabr 2026
136
23:42 / 09 Noyabr 2026
343
23:37 / 09 Noyabr 2026
374
23:32 / 09 Noyabr 2026
168
23:28 / 09 Noyabr 2026
180
23:23 / 09 Noyabr 2026
142
23:17 / 09 Noyabr 2026
223
23:12 / 09 Noyabr 2026
170
23:09 / 09 Noyabr 2026
143
23:01 / 09 Noyabr 2026
144
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.