Qaynar xətt:

(+99450) 247 90 86

Motosiklet sürücüləri “azparkinq”də qeydiyyatdan necə keçə bilər? - VİDEO

Motosiklet sürücüləri “azparkinq”də qeydiyyatdan necə keçə bilər? - VİDEO

CƏMİYYƏT

52

09.11.2026, 23:48

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Motosiklet sürücülərindən biri cərimələndiyini deyir... Amma həmin cərimənin hansı qayda pozuntusuna görə yazıldığı məlum deyil. Söhbət etdiyimiz başqa bir sürücü isə ümumiyyətlə motosikleti AzParking-də qeydiyyata almağın mümkün olmadığını düşünür.

Əslində, motosikleti tətbiqə əlavə etmək və parklanma başlatmaq olur. Bunun üçün motosikletin dövlət qeydiyyat nişanı və şəhadətnaməsi olmalıdır. Sürücü AzParking-də mobil nömrəsi ilə hesab açır, "Profil" bölməsindən nəqliyyat vasitəsini əlavə edir, dövlət nömrəsini və qeydiyyat şəhadətnaməsinin məlumatlarını daxil edir.

Daha sonra saxladığı yerin parklanma məntəqəsini seçib müddəti başladır; yeri tərk edəndə isə parklanmanı sonlandırır. Bu qaydadan istifadə edən motosiklet sürücüsü tətbiqdə nəqliyyat vasitəsinin göründüyünü göstərir.

Bununla belə, çəkiliş apardığımız məntəqələrdə motosikletlər üçün ayrıca işarələnmiş yerlər yoxdur. Sürücülər motosikletlərini avtomobillərin də istifadə etdiyi parklanma yerlərində, nişan və xətlərə uyğun saxlamalıdırlar.

Xezerxeber.az xatırladır ki, "Yol hərəkəti haqqında" Qanuna görə motosiklet mexaniki nəqliyyat vasitəsidir və parklanma qaydaları ona da şamil edilir. Nazirlər Kabinetinin 25 iyun 2023-cü il tarixli qərarı isə bu yerlərdə parklanmanın ödəniş məbləğini müəyyənləşdirir. Deməli, motosikleti AzParking-də saxlamaq olar; əsas məsələ onu düzgün qeydiyyata almaq və parklanmanı vaxtında başlatmaqdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.