Sabah meteohəssas insanlar üçün hava şəraiti əlverişli olacaq
09 Noyabr 2026, 22:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
132
09.11.2026, 22:04
Noyabr ayı bəzi bürclər üçün dəyişikliklər və yeni imkanlarla yadda qala bilər. Astroloji proqnozlara görə, Şir, Əqrəb, Tərəzi və Qoç bürclərinin nümayəndələrini karyera, münasibətlər və şəxsi inkişaf sahəsində yeniliklər gözləyə bilər.
Oxu24.com xəbər verir ki, astrololara görə, noyabr mənəvi baxımdan mühüm dövrdür. Bu ay insanlar axtardıqları bəzi sualların cavabını tapa, yeni bacarıqlarını kəşf edə və həyatlarında fərqli başlanğıclara imza ata bilərlər.
Şir
Noyabr ayında Şir bürcünü xüsusilə karyera sahəsində diqqətçəkən yeniliklər gözləyə bilər. İşdə təqdir olunmaq, vəzifədə yüksəlmək və sosial statusun dəyişməsi ehtimalı astroloji proqnozda ön plana çəkilir.
Bu dövrdə Şirlər özlərinəinam və cəsarətlərini yenidən qazana, onlara fayda verməyən insanlardan və vəziyyətlərdən uzaqlaşaraq yeni hədəflərə yönələ bilərlər.
Əqrəb
Əqrəblər üçün noyabr mühüm qərarların veriləcəyi dövr kimi qiymətləndirilir. Astroloji şərhə görə, yeni əlaqələr və gözlənilməz imkanlar yarana bilər. Bununla yanaşı, bəzi vərdişlərdən və münasibətlərdən imtina etmək zərurəti də ortaya çıxa bilər.
Astroloq bu bürcün nümayəndələrinə artıq fayda verməyən məsələlər uğrunda mübarizəni dayandırmağı və keçmişi geridə qoymağı tövsiyə edir.
Tərəzi
Tərəzilər üçün noyabrda sosial münasibətlərdə canlanma gözlənilir. Astroloji proqnoza əsasən, ayın 13-də Veneranın retrograd hərəkətini başa vuraraq düz hərəkətə keçməsi ilə yeni mərhələ başlaya bilər.
Bu dövrdə dostluq əlaqələrinin möhkəmlənməsi, sosial çevrədə daha çox diqqət cəlb etmək və yeni insanlarla tanış olmaq ehtimalı vurğulanır. Tərəzilər onlara mənfi təsir göstərən münasibətləri də geridə qoya bilərlər.
Qoç
Qoçlar üçün noyabr dəyişiklik və yenilənmə ayı kimi təqdim olunur. Bu bürcün nümayəndələri artıq fayda verməyən münasibətlərdən, vərdişlərdən və hətta işlərdən uzaqlaşmaq qərarına gələ bilərlər.
Qoçlar bu ay özlərinə daha çox dəyər verməyə, gözləntilərini və şəxsi standartlarını yüksəltməyə çalışacaqlar. Uzun müddətdir tamamlanmayan işin başa çatdırılması və ya yarışmada uğur qazanılması da astroloji proqnozda mümkün hadisələr arasında göstərilir.
Qeyd edək ki, bunlar astroloji şərhlərdir və gələcək hadisələrin elmi proqnozu hesab edilmir.metbuat.az
22:31 / 09 Noyabr 2026
19
22:29 / 09 Noyabr 2026
24
22:21 / 09 Noyabr 2026
82
22:10 / 09 Noyabr 2026
91
21:54 / 09 Noyabr 2026
97
21:52 / 09 Noyabr 2026
115
21:50 / 09 Noyabr 2026
874
21:42 / 09 Noyabr 2026
110
21:35 / 09 Noyabr 2026
147
21:25 / 09 Noyabr 2026
161
21:22 / 09 Noyabr 2026
133
21:11 / 09 Noyabr 2026
119
21:01 / 09 Noyabr 2026
2847
20:59 / 09 Noyabr 2026
163
20:47 / 09 Noyabr 2026
107
20:42 / 09 Noyabr 2026
212
20:39 / 09 Noyabr 2026
223
20:27 / 09 Noyabr 2026
107
20:25 / 09 Noyabr 2026
951
20:14 / 09 Noyabr 2026
332
20:12 / 09 Noyabr 2026
159
20:11 / 09 Noyabr 2026
163
20:10 / 09 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.