Qaynar xətt:

(+99450) 247 90 86

“Azərbaycan yeni qoxu hiss edib, sülh imzalamayacaq” – İrəvanda xaos! 

“Azərbaycan yeni qoxu hiss edib, sülh imzalamayacaq” – İrəvanda xaos! 

SİYASƏT

49

10.11.2026, 00:14

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ermənistan parlamentinin “Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan Azərbaycanın Ermənistanla sülh müqaviləsini imzalamayacağını bildirib.

Oxu24.com  xəbər verir ki, erməni siyasətçi bu barədə İrəvandakı “Yerablur” hərbi panteonunda jurnalistlərə açıqlamasında danışıb.

Karapetyanın sözlərinə görə, Azərbaycan Ermənistandan yeni güzəştlər əldə etmək imkanını hiss etdiyi üçün sülh müqaviləsinin imzalanmasını daim uzatmağa çalışır.

“Azərbaycan yeni güzəştlərin qoxusunu hiss edib, buna görə də İrəvanla sülh müqaviləsini imzalamayacaq”, – deyə o bildirib.

Erməni siyasətçi hesab edir ki, belə şəraitdə uzunmüddətli sülh yalnız Ermənistanda hakimiyyətə ölkənin milli maraqlarını əsas götürən qüvvələrin gəlməsi ilə təmin oluna bilər.

Karapetyan hazırkı Ermənistan hakimiyyətini Azərbaycana davamlı güzəştlərə getməkdə ittiham edib.