Yüksək təzyiqin gizli səbəbi - İnsanlar bundan xəbərsizdir
28 Noyabr 2026, 01:11
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
338
09.11.2026, 15:23
Beynəlxalq həkimlər qrupu müəyyən edib ki, davamlı və nəzarət altına alınmayan yüksək qan təzyiqinin müalicəsi üçün nəzərdə tutulan yeni preparat – bakdrostata uzun müddət qəbul edilməsi könüllülərin 25%-də dərman istifadəsi tam dayandırıldıqdan sonra belə qan təzyiqinin normallaşmasına səbəb olub.
Oxu24.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın London Kraliça Meri Universitetinin (QMUL) mətbuat xidməti məlumat yayıb.
Bəzi pasiyentlərdə bu təsirin iki il ərzində qorunduğu bildirilib.
Harvard Universitetinin (ABŞ) professoru Meyson Friman bildirib ki, bakdrostatanın klinik sınaqlarında iştirak etmiş könüllülərin sağlamlıq vəziyyətinin təkrar müşahidəsi zamanı bu gözlənilməz nəticə əldə edilib.
"Bu kəşf böyrəküstü vəzilərin həddindən artıq fəaliyyəti ilə əlaqəli davamlı hipertoniyadan əziyyət çəkən pasiyentlərin ən azı bir qisminin invaziv cərrahi müdaxiləyə ehtiyac olmadan müalicə edilə biləcəyinə ümid yaradır", – alim vurğulayıb.
Alimlər bu nəticəyə hipertoniyanın böyrəküstü vəzilərin funksiyasının pozulması ilə əlaqəli forması üçün perspektivli dərman hesab edilən bakdrostatanın klinik sınaqlarında iştirak etmiş şəxslərin sağlamlıq vəziyyətini əlavə olaraq izləyərkən gəliblər.
Preparat aldosteron hormonunun istehsalına cavabdeh olan CYP11B2 fermentinin fəaliyyətini zəiflədən kiçik molekuldan ibarətdir.
Bu zülalın həddindən artıq aktivliyi orqanizmdə su və duzun saxlanmasına səbəb olur. Nəticədə beta-blokatorlara və yüksək qan təzyiqinin müalicəsində istifadə edilən digər əksər dərmanlara reaksiya verməyən ağır hipertoniya forması inkişaf edir.
Ötən il başa çatan klinik sınaqlar göstərib ki, bakdrostatan qanda aldosteron hormonunun səviyyəsini iki dəfə azaldıb və təcrübə iştirakçılarının 40%-də qan təzyiqini normallaşdırıb.
Report
15:24 / 29 Noyabr 2026
1
12:43 / 29 Noyabr 2026
262
12:03 / 29 Noyabr 2026
132
12:00 / 29 Noyabr 2026
154
11:33 / 29 Noyabr 2026
150
10:55 / 29 Noyabr 2026
154
10:25 / 29 Noyabr 2026
266
10:24 / 29 Noyabr 2026
573
10:00 / 29 Noyabr 2026
334
09:58 / 29 Noyabr 2026
169
09:54 / 29 Noyabr 2026
162
09:15 / 29 Noyabr 2026
176
01:31 / 29 Noyabr 2026
264
01:22 / 29 Noyabr 2026
249
00:11 / 29 Noyabr 2026
367
23:56 / 28 Noyabr 2026
736
23:47 / 28 Noyabr 2026
294
23:36 / 28 Noyabr 2026
1067
23:13 / 28 Noyabr 2026
293
22:57 / 28 Noyabr 2026
280
22:29 / 28 Noyabr 2026
300
22:11 / 28 Noyabr 2026
293
22:01 / 28 Noyabr 2026
283
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.