Emin Afrikada - Video
09 Noyabr 2026, 20:06
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
134
09.11.2026, 22:34
Dünyaca məşhur Hollivud ulduzu Brüs Uillisin frontotemporal demensiya (FTD) xəstəliyi ilə mübarizəsi barədə yeni və kədərli təfərrüat ortaya çıxıb.
Oxu24.com xəbər verir ki, 71 yaşlı aktyorun zehni vəziyyətinin getdikcə pisləşdiyi və ünsiyyət qurmaqda ciddi çətinlik çəkdiyi bildirilir.
“Die Hard” və “The Sixth Sense” kimi kult filmlərlə milyonların sevgisini qazanan ulduz 2022-ci ildə afaziya diaqnozu ilə aktyorluq karyerasına son qoyub. Daha sonra ailəsi ona frontotemporal demensiya diaqnozu qoyulduğunu açıqlayıb.
Məlumata görə, xəstəliyin irəliləməsi səbəbindən ailə evinin yaxınlığındakı xüsusi təkmərtəbəli evə köçürülən aktyora sutka ərzində peşəkar qulluq göstərilir. Tibbi sığortanın bu xərcləri, demək olar ki, qarşılamadığı və təkcə aylıq qulluq xərclərinin 30 min ABŞ dollarını keçdiyi bildirilir. Aktyorun təxminən 250 milyon dollar dəyərindəki sərvəti bu ağır və bahalı müalicə prosesinin maliyyələşdirilməsində əsas rol oynayır.
Aktyorun həyat yoldaşı Emma Heminq Uillisin rəhbərliyi ilə idarə olunan mübarizə prosesində məşhur ulduzun ən böyük təsəllisinin dondurma yemək, musiqi dinləmək və maşınla gəzmək olduğu qeyd edilir.
Mənbələr Uillisin vəziyyəti ilə bağlı üzücü təfərrüatı bölüşüblər: “O, həyatının əvvəlki kimi olmadığını hiss edir, lakin vəziyyətin tam olaraq nə qədər ciddi dərəcədə dəyişdiyini dərk edə bilmir. Çox şikayət etmir, sadəcə nəyinsə düz olmadığını anlayır”.
Sənətdən uzaqlaşdıqdan sonra aktyorun ətrafındakı dairənin daraldığı da iddialar arasındadır. Keçmişdə onunla sıx ünsiyyətdə olan bir çox Hollivud simasının artıq onunla maraqlanmadığı qeyd edilir.Qafqazinfo
22:48 / 09 Noyabr 2026
50
22:31 / 09 Noyabr 2026
57
22:29 / 09 Noyabr 2026
58
22:21 / 09 Noyabr 2026
145
22:10 / 09 Noyabr 2026
104
22:04 / 09 Noyabr 2026
141
21:54 / 09 Noyabr 2026
107
21:52 / 09 Noyabr 2026
121
21:50 / 09 Noyabr 2026
1042
21:42 / 09 Noyabr 2026
114
21:35 / 09 Noyabr 2026
154
21:25 / 09 Noyabr 2026
165
21:22 / 09 Noyabr 2026
136
21:11 / 09 Noyabr 2026
125
21:01 / 09 Noyabr 2026
3002
20:59 / 09 Noyabr 2026
168
20:47 / 09 Noyabr 2026
109
20:42 / 09 Noyabr 2026
219
20:39 / 09 Noyabr 2026
226
20:27 / 09 Noyabr 2026
111
20:25 / 09 Noyabr 2026
980
20:14 / 09 Noyabr 2026
339
20:12 / 09 Noyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.