Qaynar xətt:

(+99450) 247 90 86

Türkiyədə 135 milyonluq yeni neft yataqları tapıldı 

Türkiyədə 135 milyonluq yeni neft yataqları tapıldı 

DÜNYA

80

09.11.2026, 23:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Türkiyənin Şırnak vilayətindəki Qabar bölgəsində daha iki yeni neft yatağı müəyyən edilib. Bu yataqların ümumi neft potensialı 135 milyon barrel qiymətləndirilir.

Oxu24.com  Publika.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hazırda Qabarda Türkiyənin ən yüksək keyfiyyətli nefti hesab olunan 75,4 milyon barrel neft hasil edilir. 2027-ci ilin ikinci yarısında bölgədə təxminən 230 quyunun istismara verilməsi ilə gündəlik hasilatın 100 min barreli ötəcəyi gözlənilir. Bunun Türkiyə iqtisadiyyatına illik 4,4 milyard dollar töhfə verəcəyi bildirilir.

Ərdoğan, həmçinin Qara dənizdə hasil olunan təbii qazın hazırda 4 milyon ev təsərrüfatının tələbatını ödədiyini, “Osmanqazi” gəmisinin fəaliyyəti ilə bu göstəricinin 8 milyona çatdırılmasının planlaşdırıldığını qeyd edib.