Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb
09 Noyabr 2026, 21:11
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
150
09.11.2026, 21:35
İsraildə oktyabrın 27-də keçirilən parlament seçkilərindən sonra yeni hökumətin formalaşdırılması istiqamətində mühüm addım atılıb.
Oxu24.com xəbər verir ki,prezident İshaq Hersoq müxalifətdəki “Yaşar” Partiyasının lideri, keçmiş Baş Qərargah rəisi Qadi Ayzenkota hökuməti qurmaq səlahiyyətini rəsmən təqdim edib.
Noyabrın 8-də prezident iqamətgahında keçirilən mərasimdən sonra Ayzenkot ölkənin son dərəcə mürəkkəb və taleyüklü mərhələdən keçdiyini bildirib.
Onun sözlərinə görə, İsrail bir tərəfdən müxtəlif cəbhələrdə davam edən hərbi qarşıdurmalarla, digər tərəfdən isə ağır diplomatik böhranla üz-üzədir.
Ayzenkot yeni hökumətin yaradılması üçün fövqəladə siyasi addımların vacibliyini vurğulayıb.
“İsrailin vaxt itirmək və ya sonu görünməyən seçki dövrlərini təkrarlamaq lüksü yoxdur”, – deyə o bildirib.
Yeni hökumətin mümkün qədər qısa müddətdə və geniş siyasi təmsilçilik əsasında formalaşdırılmasına çalışacağını açıqlayan Ayzenkot ölkənin bütün təbəqələrini təmsil edən idarəçilik vəd edib.
İsraildə hökumətin formalaşdırılması prosesində ərəb partiyalarının mövqeyi xüsusi əhəmiyyət qazanıb.
Noyabrın 5-də keçirilən prezidentlə məsləhətləşmələr zamanı 11 deputata malik Ərəb Birgə Siyahısı və 8 deputatla təmsil olunan Raam Partiyası Ayzenkotun hökuməti qurmasını dəstəkləyib.
Ərəb Birgə Siyahısı bəyan edib ki, bu qərar Benyamin Netanyahunun yenidən hakimiyyətə qayıtmasının qarşısını almaq məqsədi daşıyır. Partiya eyni zamanda yeni hökuməti koalisiyaya daxil olmadan, parlamentdən dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Ərəb siyasətçi Əhməd Tibi də noyabrın 8-də verdiyi açıqlamada Ayzenkotun rəhbərlik edəcəyi hökumətdə iştirak imkanını istisna etməyib. Bu mövqe yeni koalisiya danışıqları baxımından diqqət çəkib.
Bununla belə, Ayzenkotun potensial müttəfiqlərindən olan Aviqdor Libermanın rəhbərlik etdiyi “İsrail Bizim Evimiz” Partiyası ərəb partiyaları ilə eyni hökumətdə təmsil olunmağa qarşı çıxır.
Prezidentlə məsləhətləşmələr zamanı 120 yerlik Knessetin 67 deputatı Ayzenkotun, 46 deputatı isə Netanyahunun namizədliyini dəstəkləyib. Yeddi deputat heç bir namizədə dəstək verməyib.
Seçkilərin nəticələrinə əsasən, Netanyahunun rəhbərlik etdiyi siyasi blok 53, Ayzenkotun daxil olduğu yəhudi müxalifət partiyaları isə 48 mandat qazanıb. Ərəb partiyaları ümumilikdə 19 deputatla parlamentdə təmsil olunur.
İsrail qanunvericiliyinə əsasən, Ayzenkota hökuməti formalaşdırmaq üçün ilkin olaraq 28 gün vaxt verilib. Prezident bu müddəti əlavə 14 gün uzada bilər.Musavat.com
22:31 / 09 Noyabr 2026
19
22:29 / 09 Noyabr 2026
24
22:21 / 09 Noyabr 2026
82
22:10 / 09 Noyabr 2026
91
22:04 / 09 Noyabr 2026
129
21:54 / 09 Noyabr 2026
97
21:52 / 09 Noyabr 2026
115
21:50 / 09 Noyabr 2026
874
21:42 / 09 Noyabr 2026
110
21:25 / 09 Noyabr 2026
161
21:22 / 09 Noyabr 2026
133
21:11 / 09 Noyabr 2026
119
21:01 / 09 Noyabr 2026
2847
20:59 / 09 Noyabr 2026
163
20:47 / 09 Noyabr 2026
107
20:42 / 09 Noyabr 2026
212
20:39 / 09 Noyabr 2026
223
20:27 / 09 Noyabr 2026
107
20:25 / 09 Noyabr 2026
951
20:14 / 09 Noyabr 2026
332
20:12 / 09 Noyabr 2026
159
20:11 / 09 Noyabr 2026
163
20:10 / 09 Noyabr 2026
226
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.