Sumqayıtda peşə məktəbi sökülərək yerində bina tikilir? - VİDEO
09 Noyabr 2026, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
224
09.11.2026, 23:00
Ölkənin ən gənc generallarından biri olan, 34 yaşında general-mayor ali xüsusi rütbəsinə yüksələn Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov barədə məlumat vermişdik.
Azərbaycanda belə bir gənc kadrların ön plana çəkilməsi və karyera yüksəlişi rəğbətlə qarşılanıb.
Oxu24.com sosial şəbəkələrdə də geniş müzakirə mövzusu olan general-mayor haqqında yeni məlumat əldə edib.
Belə ki,Fuad Məmmədov BP-nin hasilat üzrə baş vitse-prezidenti Elxan Məmmədovun oğludur.E.Məmmədov 2 dekabr 2024-cü ildən etibarən bu vəzifəni tutur.O, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. Bu vəzifədə E.Məmmədov son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.
Elxan Məmmədov BP-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib.BP-də ElxanMəmmədov quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb.
O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. E.Məmmədov nəhəng AÇG və Şahdəniz yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir.
Elxan Məmmədov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var. O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.
2014-cü ildə Elxan Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
Ailəlidir, üç övladı var.
Nigar
23:12 / 09 Noyabr 2026
3
23:09 / 09 Noyabr 2026
32
23:01 / 09 Noyabr 2026
37
22:55 / 09 Noyabr 2026
44
22:48 / 09 Noyabr 2026
94
22:34 / 09 Noyabr 2026
222
22:31 / 09 Noyabr 2026
92
22:29 / 09 Noyabr 2026
87
22:21 / 09 Noyabr 2026
256
22:10 / 09 Noyabr 2026
128
22:04 / 09 Noyabr 2026
173
21:54 / 09 Noyabr 2026
117
21:52 / 09 Noyabr 2026
134
21:50 / 09 Noyabr 2026
1393
21:42 / 09 Noyabr 2026
126
21:35 / 09 Noyabr 2026
176
21:25 / 09 Noyabr 2026
184
21:22 / 09 Noyabr 2026
148
21:11 / 09 Noyabr 2026
140
21:01 / 09 Noyabr 2026
3315
20:59 / 09 Noyabr 2026
179
20:47 / 09 Noyabr 2026
118
20:42 / 09 Noyabr 2026
233
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.