Qaynar xətt:

(+99450) 247 90 86

Müqavilənin mövcudluğu dələduzluq faktını istisna etmir - VƏKİL

Müqavilənin mövcudluğu dələduzluq faktını istisna etmir - VƏKİL

HÜQUQ

118

09.11.2026, 21:52

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Müqavilənin mövcudluğu dələduzluq faktını istisna etmir.

Bunu Oxu24.com-a açıqlamasında vəkil Azər İbrahimov bildirib.

"Sizə qarşı dələduzluq edilib, lakin aranızda müqavilə olduğu üçün məsələnin yalnız mülki mübahisə hesab edildiyi bildirilib? Bu yanaşma bütün hallarda doğru deyil. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin müqavilə bağlayarkən qarşı tərəfin əmlakını aldatma və ya etibardan sui-istifadə yolu ilə ələ keçirmək niyyətində olması müəyyən edilsin. Yəni şəxs əvvəldən öhdəliyini yerinə yetirmək niyyətində olmadan, qarşı tərəfi aldatmaq məqsədilə müqavilə bağlayaraq onun əmlakını ələ keçiribsə, bu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsi üzrə dələduzluq əlamətləri daşıya bilər.Müqavilənin olması əməlin avtomatik olaraq mülki mübahisə hesab edilməsi üçün əsas deyil. Əsas məsələ şəxsin ilkin niyyətinin və aldatma faktının sübut olunmasıdır",-deyə vəkil bildirib.

Jalə