Qaynar xətt:

(+99450) 247 90 86

EXO yoxsa EKQ? – Həkim-kardioloq fərqləri və vacib məqamları açıqladı  

EXO yoxsa EKQ? – Həkim-kardioloq fərqləri və vacib məqamları açıqladı  

TİBB

64

03.08.2026, 12:15

Ürək-damar xəstəliklərinin dəqiq diaqnostikasında Exokardioqrafiya (EXO) və Elektrokardioqramma (EKQ) müayinələri xüsusi yer tutur. Lakin bir çox pasientlər bu iki müayinə üsulunun fərqini tam bilmir və hansı müayinədən keçməli olduqlarına özləri qərar verməyə çalışırlar. Hətta bəzi hallarda müraciət edən şəxslər həkim qəbuluna gələrək sifariş verirmiş kimi konkret bir müayinəni tələb edirlər. Əslində isə hər iki müayinə üsulunun tibbi baxımdan öz yeri, spesifik vəzifəsi və əhəmiyyəti mövcuddur. Ürəyin anatomik quruluşu ilə onun ritm və elektrik fəaliyyətini qiymətləndirmək üçün tamamilə fərqli üsullardan istifadə olunur. Bu səbəbdən doğru diaqnozun qoyulmasında mütəxəssis müayinəsi və düzgün istiqamətləndirmə həlledici rol oynayır.

Mövzu ilə bağlı Oxu24.com-a tibb elmləri  namizədi, uşaq kardioloqu Dr. Elnur İmanov danışıb.

Həkim-kardioloq bildirib ki, pasientlərin özbaşına müayinə seçməsi doğru yanaşma deyil:

"Müraciət edən xəstələr tez-tez 'mənə exo lazımdır' deyərək gəlirlər. Lakin başa salırıq ki, hansı müayinənin seçilməsinə pasient yox, fiziki müayinədən sonra həkim özü qərar verməlidir”.

Dr. Elnur İmanov müayinələrin əsas fərqlərini belə izah edib:

•EXO (Exokardioqrafiya): Ürəyin anatomik quruluşu, ölçüləri və qapaq aparatının vəziyyəti haqqında ətraflı məlumat verən instrumental müayinə üsuludur.

•EKQ (Elektrokardioqramma): Ürəyin ritmi, impulsların ötürülməsi və ümumi işləmə fəaliyyəti barədə məlumat təqdim edir.

Mütəxəssis vurğulayıb ki, xüsusilə ilk dəfə müraciət edən pasientlərin ilkin müayinəsi zamanı həm EXO, həm də EKQ müayinəsinin paralel aparılması dəqiq diaqnoz üçün son dərəcə vacibdir.