Çay ürəyin dərmanı imiş - Bir şərtlə...
23 Oktyabr 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
238
03.08.2026, 11:59
Günümüzdə bir çox insan həkim məsləhəti olmadan profilaktik məqsədlə gündəlik aspirin qəbul etməyə üstünlük verir. Lakin mütəxəssislər bildirirlər ki, nəzarətsiz qəbul edilən dərmanlar orqanizm üçün ciddi fəsadlara yol aça bilər. Xüsusilə qan durulaşdırıcı xüsusiyyətə malik preparatların əsassız istifadəsi gözlənilməyən sağlamlıq riskləri yaradır. Bu cür yanlış yanaşmalar fayda vermək əvəzinə, hətta mədə qanaması kimi təhlükəli fəsadlara gətirib çıxara bilər. Cəmiyyətdə tez-tez müzakirə olunan bu məsələyə mütəxəssis baxışı böyük əhəmiyyət kəsb edir. Mövzu ilə bağlı Oxu24.com-a həkim-kardioloq Yasmin Rüstəmova açıqlama verib.
"Aspirin konfet deyil, dərmandır"
Həkim-kardioloq Yasmin Rüstəmova bildirib ki, gündəlik təcrübəsində pasiyentlər tərəfindən bu sual tez-tez verilir. Mütəxəssis hər bir dərmanın yan təsirlərinin olduğunu xatırladaraq qeyd edib:
"Unutmaq olmaz ki, aspirin konfet deyil, dərmandır. Hətta konfetin belə həddindən artıq istifadəsi diş çürüməsinə və başqa yan təsirlərə səbəb olur. Aspirin xüsusilə kardiologiyada geniş istifadə olunan qan durulaşdırıcı dərmandır və onun da özünəməxsus yan təsirləri mövcuddur. Əgər bu preparata ehtiyacı olmayan bir şəxs onu qəbul edərsə, həmin yan təsirlər daha qabarıq büruzə verər və arzuolunmaz xəstəliklərə yol aça bilər. Ən bəsit misal olaraq, əsassız aspirin qəbulu mədə qanamasına gətirib çıxara bilər”.
Kardioloq vurğulayıb ki, aspirinin gündəlik qəbulu yalnız xüsusi göstəriş əsasında mümkündür:
"Əgər pasiyent risk qrupundadırsa və həkim tərəfindən buna ehtiyac görülübsə, bəli, o, aspirini gündəlik qəbul etməlidir. Lakin heç bir risk faktoru yoxdursa, bu preparat qəbul edilməməlidir. Xəstə özbaşına belə bir qərar verə bilməz. Ona görə də mütləq şəkildə həkiminizlə məsləhətləşməli və yalnız bundan sonra aspirin qəbul edib-etməməyə qərar verməlisiniz”.
12:20 / 23 Oktyabr 2026
1
12:18 / 23 Oktyabr 2026
8
12:15 / 23 Oktyabr 2026
14
12:13 / 23 Oktyabr 2026
28
12:10 / 23 Oktyabr 2026
30
12:07 / 23 Oktyabr 2026
40
12:00 / 23 Oktyabr 2026
35
11:43 / 23 Oktyabr 2026
197
11:23 / 23 Oktyabr 2026
63
11:19 / 23 Oktyabr 2026
72
11:17 / 23 Oktyabr 2026
278
11:05 / 23 Oktyabr 2026
76
10:55 / 23 Oktyabr 2026
384
10:50 / 23 Oktyabr 2026
81
10:31 / 23 Oktyabr 2026
143
10:29 / 23 Oktyabr 2026
79
10:25 / 23 Oktyabr 2026
194
10:24 / 23 Oktyabr 2026
80
09:54 / 23 Oktyabr 2026
80
09:48 / 23 Oktyabr 2026
509
09:46 / 23 Oktyabr 2026
190
09:41 / 23 Oktyabr 2026
81
09:28 / 23 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.