Azərbaycanda qar yağıb
23 Oktyabr 2026, 11:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
339
03.08.2026, 10:56
Bu ilin iyul ayı üzrə avtomobil bazarının göstəricilərinə əsasən, ən çox avtomobil elanı Bakıda yerləşdirilib.
Yeniavaz.com xəbər verir ki, paytaxt həm elan sayı, həm də orta qiymət baxımından ölkə üzrə ilk sırada qərarlaşıb.
Məlumata görə, iyul ayında Bakıda 25 630 avtomobil elanı yerləşdirilib. Paytaxtda ən çox təklif olunan markalar "Mercedes”, "Hyundai” və "Toyota” olub.
İkinci yerdə 2 704 elanla Sumqayıt qərarlaşıb. Burada ən çox rast gəlinən markalar "Mercedes”, "Hyundai” və "Kia”dır. İlk üçlüyü isə 1 810 elanla Gəncə tamamlayır. Gəncədə daha çox "LADA (VAZ)”, "Chevrolet” və "Mercedes” markalı avtomobillər satışa çıxarılıb.
Sonrakı sıralarda isə Şəmkir (432 elan), Lənkəran (414), Xırdalan (400), Quba (353), Xaçmaz (346), Bərdə (339), Masallı (326), Şirvan (321), Mingəçevir (314), Şəki (289), Tovuz (267) və Cəlilabad (252) yer alıb.
Məlumatda qeyd olunur ki, şəhər və rayonlar arasında orta avtomobil qiymətlərindəki fərqlərə həmin bölgədə satışa çıxarılan avtomobillərin markası, modeli, buraxılış ili və yürüş göstəricisi təsir edir. Məsələn, Bakıda orta qiymət 21 700 manat olduğu halda, Sumqayıtda bu göstərici 14 800 manatdır.
İyul ayında elan sayına, ən çox təklif edilən 3 avtomobil markasına görə şəhər və rayonların sıralanması:
Bakı – 25 630 (Mercedes, Hyundai, Toyota)
Sumqayıt – 2 704 (Mercedes, Hyundai, Kia)
Gəncə – 1 810 (LADA (VAZ), Chevrolet, Mercedes)
Şəmkir – 432 (LADA (VAZ), Mercedes, Chevrolet)
Lənkəran – 414 (Mercedes, LADA (VAZ), Toyota)
Xırdalan – 400 (Hyundai, Mercedes, Kia)
Quba – 353 (LADA (VAZ), Mercedes, Ford)
Xaçmaz – 346 (LADA (VAZ), Mercedes, Ford)
Bərdə – 339 (LADA (VAZ), Mercedes, Toyota)
Masallı – 326 (Mercedes, LADA (VAZ), Ford)
Şirvan – 321 (Mercedes, LADA (VAZ), Opel)
Mingəçevir – 314 (LADA (VAZ), Mercedes, Opel)
Şəki – 289 (LADA (VAZ), Mercedes, Opel)
Tovuz – 267 (LADA (VAZ), Mercedes, Hyundai)
Cəlilabad – 252 (LADA (VAZ), Mercedes, Ford)
11:05 / 23 Oktyabr 2026
1
10:55 / 23 Oktyabr 2026
44
10:50 / 23 Oktyabr 2026
39
10:31 / 23 Oktyabr 2026
85
10:29 / 23 Oktyabr 2026
66
10:25 / 23 Oktyabr 2026
153
10:24 / 23 Oktyabr 2026
66
09:54 / 23 Oktyabr 2026
68
09:48 / 23 Oktyabr 2026
400
09:46 / 23 Oktyabr 2026
148
09:41 / 23 Oktyabr 2026
69
09:28 / 23 Oktyabr 2026
80
09:26 / 23 Oktyabr 2026
129
09:23 / 23 Oktyabr 2026
72
01:23 / 23 Oktyabr 2026
225
01:06 / 23 Oktyabr 2026
96
00:56 / 23 Oktyabr 2026
102
00:14 / 23 Oktyabr 2026
106
00:00 / 23 Oktyabr 2026
129
23:58 / 22 Oktyabr 2026
115
23:55 / 22 Oktyabr 2026
673
23:54 / 22 Oktyabr 2026
117
23:49 / 22 Oktyabr 2026
92
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.