Çay ürəyin dərmanı imiş - Bir şərtlə...
23 Oktyabr 2026, 09:28
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
386
03.08.2026, 12:30
Yay aylarında havaların kəskin qızması insan orqanizmi ilə yanaşı, gündəlik istifadə olunan tibbi preparatlara və onların təsir effektivliyinə də ciddi təsir göstərir. Mütəxəssislər xüsusilə isti günlərdə dərmanların saxlanma şəraitinə və qəbul qaydalarına daha həssas yanaşmağın vacibliyini vurğulayırlar. Çünki yüksək temperatur bəzi preparatların tərkibini dəyişərək onların müalicəvi əhəmiyyətini tamamilə itirməsinə və ya orqanizm üçün əks-təsirlərinin artmasına səbəb ola bilər. Eyni zamanda yay mövsümündə artan tərləmə və maye itkisi xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər üçün əlavə risklər yaradır. Günəş şüalarının təsiri ilə bəzi dərmanların dəridə allergik reaksiya və ya həssaslıq törətməsi ehtimalı da bu dövrdə kəskin yüksəlir. Bu səbəbdən vətəndaşların yay mövsümündə müalicə prosesini düzgün idarə etmələri və təhlükəsizlik qaydalarına riayət etmələri həyati əhəmiyyət kəsb edir. Mütəxəssislər bu dövrdə özbaşına doza dəyişikliklərinə yol verməməyi və həkim tövsiyələrinə tam əməl etməyi tövsiyə edirlər. Yay istisində dərman qəbul edərkən hansı vacib məqamlara diqqət yetirilməli olduğu məsələsinə ekspert tərəfindən geniş aydınlıq gətirilib.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib ki, yay aylarında yüksək temperatur həm dərmanların saxlanmasına, həm də onların orqanizmdə təsirinə müəyyən qədər təsir göstərə bilər.
“Dərmanların saxlanma temperaturuna xüsusi diqqət edilməlidir”
Rəşad Mahmudov ilk növbədə qeyd edib ki, dərmanlar istehsalçının təlimatında göstərilən temperaturda saxlanmalıdır. Xüsusilə insulinlər, bəzi hormonal preparatlar, bioloji dərmanlar və müəyyən antibiotiklər yüksək istidə öz effektivliyini itirə bilər. Dərmanları avtomobildə, birbaşa günəş şüası altında və ya həddindən artıq isti otaqlarda saxlamaq düzgün deyil.
Onun sözlərinə görə, ikinci mühüm məsələ orqanizmin susuz qalmasının qarşısını almaqdır:
“Yayda tərləmə artdığı üçün bəzi dərmanlar, xüsusilə sidikqovucular, təzyiq salan preparatlar və bəzi ürək-damar dərmanları qəbul edən şəxslərdə maye və elektrolit itkisi daha çox ola bilər. Bu da başgicəllənmə, halsızlıq və arterial təzyiqin həddindən artıq enməsi ilə nəticələnə bilər. Belə hallarda həkimin tövsiyələrinə uyğun şəkildə kifayət qədər maye qəbul etmək vacibdir”.
Rəşad Mahmudov əlavə edib ki, bəzi dərmanlar günəş şüalarına qarşı həssaslığı artırır:
"Belə preparatlar qəbul edilərkən uzun müddət birbaşa günəş altında qalmaqdan çəkinmək, qoruyucu geyim və günəşdən qoruyucu vasitələrdən istifadə etmək məsləhətdir.
Ən vacib məqamlardan biri isə odur ki, yay mövsümünə görə insanlar özbaşına dərmanların dozasını azaltmamalı, artırmamalı və ya qəbulunu dayandırmamalıdırlar. Xroniki xəstəliklərdə müalicənin davamlılığı həyati əhəmiyyət daşıyır. Hər hansı narahatlıq yarandıqda mütləq həkimlə məsləhətləşmək lazımdır”.
Yekunda o bildirib ki, yay istisi dərmanlardan imtina etmək üçün deyil, onları daha düzgün saxlamaq və həkim tövsiyələrinə daha ciddi əməl etmək üçün əlavə diqqət tələb edən bir dövrdür. Bu sadə qaydalara riayət etmək həm müalicənin effektivliyini qoruyur, həm də mümkün fəsadların qarşısını alır.
Çimnaz Telmanqızı
15:05 / 23 Oktyabr 2026
1
14:50 / 23 Oktyabr 2026
33
14:34 / 23 Oktyabr 2026
89
14:28 / 23 Oktyabr 2026
65
14:17 / 23 Oktyabr 2026
66
14:15 / 23 Oktyabr 2026
54
14:11 / 23 Oktyabr 2026
2254
14:10 / 23 Oktyabr 2026
59
13:47 / 23 Oktyabr 2026
69
13:45 / 23 Oktyabr 2026
68
13:31 / 23 Oktyabr 2026
171
13:26 / 23 Oktyabr 2026
78
13:25 / 23 Oktyabr 2026
76
13:21 / 23 Oktyabr 2026
80
13:11 / 23 Oktyabr 2026
77
13:09 / 23 Oktyabr 2026
82
13:02 / 23 Oktyabr 2026
72
12:57 / 23 Oktyabr 2026
78
12:52 / 23 Oktyabr 2026
163
12:51 / 23 Oktyabr 2026
72
12:49 / 23 Oktyabr 2026
82
12:45 / 23 Oktyabr 2026
70
12:42 / 23 Oktyabr 2026
69
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.