Şəhana İmanova bacısının evində ÖLDÜRÜLDÜ — HADİSƏ YERİNDƏN
02 Oktyabr 2026, 23:31
Qaynar xətt:
(+99450) 247 90 86
KRİMİNAL
4933
03.08.2026, 12:51
Vergi yoxlamasının keçirilməməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər həbs olunub.
Oxu24.com xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin birgə məlumatında deyilir.
Məlumata görə, Baş Prokurorluq tərəfindən dövlət orqanları ilə birgə vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısının alınması və aşkar edilmiş faktlara qarşı mübarizə istiqamətində kompleks, sistemli və ardıcıl tədbirlərin görülməsi davam etdirilir.
Belə tədbirlərdən biri kimi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı həmin Xidmətdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İlkin istintaq və əməliyyat-axtarış tədbirləri ilə DVX-nin Bakı şəhəri Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin Sahə təhkimçiliyi idarəsinin rəis müavini Mirzəyev Rüstəm Əbil oğlu və həmin İdarənin 4-cü şöbəsinin rəisi Məmmədov Kənan Yadigar oğlunun 2026-cı ilin may ayında Bakı şəhərində yerləşən ticarət mərkəzlərindən birində fəaliyyət göstərən çoxsaylı sahibkarlardan vergi yoxlamasının keçirilməməsi, cərimə tətbiq edilməməsi və digər bu kimi məqsədlərlə ümumilikdə 200 min manat pul vəsaitini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış ilkin sübutlar əsasında Rüstəm Mirzəyev və Kənan Məmmədova Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barələrində həbs qətimkan tədbirləri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilməklə qanunsuz əməllərin törədilməsində iştirak etmiş digər şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.
00:24 / 03 Oktyabr 2026
36
23:52 / 02 Oktyabr 2026
34
23:39 / 02 Oktyabr 2026
56
23:31 / 02 Oktyabr 2026
172
23:27 / 02 Oktyabr 2026
56
23:24 / 02 Oktyabr 2026
61
23:22 / 02 Oktyabr 2026
55
23:15 / 02 Oktyabr 2026
58
23:09 / 02 Oktyabr 2026
66
22:57 / 02 Oktyabr 2026
192
22:52 / 02 Oktyabr 2026
58
22:37 / 02 Oktyabr 2026
68
22:28 / 02 Oktyabr 2026
76
22:27 / 02 Oktyabr 2026
64
22:25 / 02 Oktyabr 2026
140
22:23 / 02 Oktyabr 2026
73
22:14 / 02 Oktyabr 2026
75
22:09 / 02 Oktyabr 2026
63
21:56 / 02 Oktyabr 2026
92
21:55 / 02 Oktyabr 2026
993
21:54 / 02 Oktyabr 2026
76
21:52 / 02 Oktyabr 2026
68
21:43 / 02 Oktyabr 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.