Yay istisi dərmanların tərkibini dəyişir? Nələrə diqqət edilməlidir? — MÜHÜM XƏBƏRDARLIQ
03 Avqust 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
TİBB
50
03.08.2026, 12:50
Hüquqi dövlətdə məhkəmə tərəfindən qərarın çıxarılması mübahisənin yekunlaşması kimi qiymətləndirilsə də, bu, həmin aktın mütləq şəkildə düzgün və ya dəyişdirilməz olması anlamına gəlmir. Məhz buna görə də qanunvericilikdə məhkəmə səhvlərinin aradan qaldırılması və pozulmuş hüquqların bərpası üçün çoxpilləli nəzarət mexanizmi nəzərdə tutulub. Lakin təcrübədə ən çox rast gəlinən problemlərdən biri vətəndaşların qərardan narazı qaldıqda emosional davranması və hüquqi addımları vaxtında atmamasıdır. Halbuki mübarizənin effektiv olması üçün prosesin ilkin mərhələdən düzgün və prosessual qaydalara uyğun aparılması həlledici əhəmiyyət kəsb edir. Bəs məhkəmə qərarını ədalətsiz hesab edən vətəndaş hüquqlarını qorumaq üçün ilk növbədə nə etməli, hansı mərhələlərdən keçməlidir? Oxu24.com mövzunun aktual hüquqi aspektlərini araşdıraraq oxuculara vacib məqamları təqdim edir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən vəkil Ellada Bayramova bildirib ki, Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququ təmin edilir:
"Konstitusiyanın 127-ci maddəsi məhkəmə hakimiyyətinin müstəqilliyini və hakimlərin yalnız Konstitusiyaya və qanuna tabe olduqlarını təsbit edir. Bununla yanaşı, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsi hər kəsə müstəqil və qərəzsiz məhkəmə tərəfindən işinə ağlabatan müddətdə və ədalətli baxılmaq hüququ verir. Bu hüquqların mahiyyəti ondan ibarətdir ki, məhkəmə qərarından narazı qalan şəxs yalnız qərarın nəticəsinə deyil, həm də məhkəmənin sübutları qiymətləndirməsinə, hüquq normalarını tətbiq etməsinə və prosessual qaydalara əməl edib-etməməsinə etiraz edə bilər”.
Vəkilin sözlərinə görə, praktikada ən çox rast gəlinən səhv qərardan narazı olan şəxsin yalnız emosional arqumentlərlə çıxış etməsidir. Halbuki hüquqi baxımdan qiymətləndirmə ilk növbədə məhkəmə aktının əsaslandırıcı hissəsinin təhlilindən başlamalıdır:
“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin məhkəmə qətnaməsinin məzmununa dair müddəalarına əsasən, qətnamədə iş üzrə müəyyən edilmiş hallar, sübutların qiymətləndirilməsi, tətbiq edilən hüquq normaları və məhkəmənin gəldiyi nəticənin hüquqi əsaslandırılması göstərilməlidir. Əgər məhkəmə təqdim olunmuş sübutlardan hər hansı birini qiymətləndirməyibsə, mühüm dəlillərə münasibət bildirməyibsə və ya qərar kifayət qədər əsaslandırılmayıbsa, bu hallar yuxarı instansiya məhkəməsində qərarın ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər”.
Ellada Bayramova qeyd edib ki, hüquqların bərpa olunması üçün məhkəmə sistemində müvafiq instansiyalar mövcuddur:
•Apellyasiya instansiyası (İşə fakt və hüquq baxımından yenidən baxılması): Birinci instansiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş müddətdə apellyasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası yalnız hüquqi məsələləri deyil, həm də faktiki halları araşdırır. Bu mərhələdə sübutların düzgün qiymətləndirilib-qiymətləndirilmədiyi, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığı qiymətləndirilir. Bu icraat sadəcə qərarın formal yoxlanılması deyil, iş üzrə tam hüquqi nəzarət mexanizmidir.
•Kassasiya instansiyası (Hüququn düzgün tətbiqinə nəzarət): Apellyasiya instansiyasının qərarı ilə razılaşmayan şəxs kassasiya şikayəti verə bilər. Kassasiya instansiyası yeni faktlar müəyyən etmir və sübutları yenidən qiymətləndirmir. Onun əsas funksiyası aşağı instansiya məhkəmələrinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etmədiyini yoxlamaq, məhkəmə təcrübəsinin vahidliyini təmin etməkdir.
Vəkil vurğulayıb ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi dəfələrlə ədalətli məhkəmə araşdırması hüququnun yalnız məhkəməyə müraciət etməklə məhdudlaşmadığını, bura motivləşdirilmiş və əsaslandırılmış qərar almaq hüququnun da daxil olduğunu bildirişdir. Məhkəmə qərarı elə əsaslandırılmalıdır ki, tərəflər hansı hüquqi və faktiki əsaslarla həmin nəticəyə gəlindiyini aydın anlaya bilsinlər.
Eyni zamanda, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent təcrübəsinə əsasən, milli məhkəmələr təqdim olunmuş bütöv arqumentlərə ayrı-ayrılıqda cavab verməsələr də, işin nəticəsinə vasitəsiz təsir göstərən əsas hüquqi arqumentləri diqqətdən kənarda qoya bilməzlər.
Vətəndaş ilk növbədə hansı addımları atmalıdır?
Məhkəmə qərarını ədalətsiz hesab edən şəxsə vəkil Ellada Bayramova aşağıdakı addımları atmağı tövsiyə edir:
1.Məhkəmə aktının tam surətini vaxtında əldə etmək;
2.Qərarın motivləşdirici hissəsini peşəkar hüquqi təhlil etdirmək;
3.Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddətləri qaçırmadan apellyasiya və ya kassasiya şikayəti vermək;
4.Hüquq normalarının düzgün tətbiq edilmədiyini və ya prosessual pozuntuları konkret maddələrə istinad etməklə əsaslandırmaq;
5.Zəruri hallarda peşəkar vəkil yardımından istifadə etmək.
Ölkədaxili bütün səmərəli hüquqi müdafiə vasitələri tükəndikdən sonra da pozuntu davam edərsə, vətəndaş Avropa İnsan Hüquqları Məhkəməsinə fərdi şikayət ünvanlamaq hüququndan istifadə edə bilər.
"Məhkəmə qərarından narazılıq hüquqi dövlət üçün qeyri-adi hal deyil. Əsas məsələ narazılığı hüquqi müstəviyə keçirmək, prosessual müddətlərə riayət etmək və arqumentləri konkret hüquq normaları ilə əsaslandırmaqdır”, – deyə vəkil Ellada Bayramova fikrini yekunlaşdırıb.
Çimnaz Telmanqızı
13:25 / 03 Avqust 2026
7
13:13 / 03 Avqust 2026
37
13:10 / 03 Avqust 2026
35
12:51 / 03 Avqust 2026
558
12:44 / 03 Avqust 2026
91
12:41 / 03 Avqust 2026
69
12:30 / 03 Avqust 2026
53
12:27 / 03 Avqust 2026
332
12:26 / 03 Avqust 2026
75
12:19 / 03 Avqust 2026
60
12:15 / 03 Avqust 2026
61
12:13 / 03 Avqust 2026
84
12:08 / 03 Avqust 2026
61
12:05 / 03 Avqust 2026
87
12:04 / 03 Avqust 2026
53
12:01 / 03 Avqust 2026
348
11:59 / 03 Avqust 2026
61
11:55 / 03 Avqust 2026
67
11:45 / 03 Avqust 2026
56
11:44 / 03 Avqust 2026
136
11:40 / 03 Avqust 2026
54
11:36 / 03 Avqust 2026
75
11:30 / 03 Avqust 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.