Qaynar xətt:

(+99450) 247 90 86

Xəyanətə görə mənəvi zərər iddiası: Hüquqi imkanlar nələrdir?  

Xəyanətə görə mənəvi zərər iddiası: Hüquqi imkanlar nələrdir?  

CƏMİYYƏT

352

03.08.2026, 13:40

Ailə münasibətlərində ən ağrılı və mürəkkəb məsələlərdən biri də həyat yoldaşının xəyanəti ilə bağlı yaranan hüquqi mübahisələrdir. Oxucular tərəfindən tez-tez ünvanlanan suallardan biri də budur: “Həyat yoldaşım mənə xəyanət edib. Bunu təsdiq edən foto və videolarım var. Mən ona qarşı mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edə bilərəmmi?”

Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Lalə Salmanova bildirib ki, son illər məhkəmə təcrübəsində bu istiqamətdə mühüm dəyişikliklər baş verib və artıq bəzi hallarda xəyanət faktına görə mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqi baxımdan mümkün hesab olunur.

Vəkilin sözlərinə görə, əvvəllər ailədaxili münasibətlərdən irəli gələn bu tip iddialarla bağlı vahid məhkəmə praktikası formalaşmamışdı. Lakin 2025-ci ildə qəbul edilmiş Ali Məhkəmə Plenumunun müvafiq qərarlarından sonra şərəf və ləyaqətin müdafiəsi, şəxsin mənəvi zərərinin qiymətləndirilməsi və ailə münasibətlərindən irəli gələn hüquq pozuntularına yanaşma müəyyən qədər dəyişib.

“Lakin bu, o demək deyil ki, hər xəyanət faktı avtomatik olaraq təzminat ödənilməsi ilə nəticələnəcək. Məhkəmə hər bir işi fərdi qaydada araşdırır və təqdim olunan sübutları qiymətləndirir”, – deyə vəkil vurğulayıb.

Lalə Salmanovanın sözlərinə görə, iddiaçı məhkəməyə müraciət edərkən xəyanət faktını təsdiq edən qanuni sübutlar təqdim etməlidir. Bunlara fotoşəkillər, videogörüntülər, yazışmalar, elektron məlumatlar, şahid ifadələri və qanunvericiliyin tələblərinə uyğun əldə olunmuş digər sübutlar aid ola bilər.

Vəkil qeyd edib ki, məhkəmənin qərarına təsir edən əsas amillərdən biri də məhz sübutların hüquqi baxımdan etibarlı olmasıdır. Əgər təqdim olunan materiallar qanunsuz yollarla əldə edilibsə və ya şəxsi həyatın toxunulmazlığını pozursa, onların sübut kimi qəbul edilib-edilməməsinə məhkəmə ayrıca hüquqi qiymət verir.

Mütəxəssis bildirib ki, iddia ərizəsində təzminatın məbləğini iddiaçı özü müəyyənləşdirə bilər. Yəni şəxs istədiyi məbləği – istər 10 min, 50 min, hətta daha yüksək məbləği də tələb etmək hüququna malikdir. Lakin yekun məbləği yalnız məhkəmə müəyyən edir.

“Məhkəmə təzminatın həcmini müəyyən edərkən hadisənin ağırlığını, ailəyə vurulan mənəvi zərəri, tərəflərin davranışını, təqdim olunan sübutları və digər hüquqi əhəmiyyət kəsb edən halları nəzərə alır. Buna görə də tələb olunan məbləğin tam şəkildə təmin ediləcəyi əvvəlcədən söylənilə bilməz”, – deyə vəkil bildirib.

Lalə Salmanova hesab edir ki, belə mübahisələr zamanı emosional qərarlar vermək əvəzinə peşəkar hüquqi yardım almaq daha məqsədəuyğundur. Çünki iddia ərizəsinin düzgün hazırlanması, sübutların hüquqi baxımdan düzgün təqdim olunması və prosessual normalara riayət edilməsi məhkəmə prosesində mühüm rol oynayır.

Vəkilin fikrincə, son illərdə məhkəmə təcrübəsinin formalaşması ailə münasibətlərində hüquqların müdafiəsi baxımından mühüm yeniliklərdən biridir. Bununla belə, hər bir iş fərdi qaydada araşdırıldığı üçün nəticə təqdim olunan sübutlardan və konkret hadisənin hüquqi qiymətləndirilməsindən asılı olur.

Mütəxəssis vətəndaşlara tövsiyə edir ki, ailə münasibətlərindən irəli gələn belə həssas mübahisələrdə hüquqlarını qanun çərçivəsində müdafiə etsinlər, məhkəməyə müraciət etməzdən əvvəl isə hüquqi məsləhət almağı unutmasınlar. Bu, həm iddianın düzgün qurulmasına, həm də hüquqların daha effektiv şəkildə müdafiəsinə kömək edə bilər.

Digər xəbərlər

Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb

19:12 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Şavkat Mirziyoyev Vaşinqton görüşünün nəticələrini İlham Əliyevin diplomatiyasının qələbəsi adlandırıb

26

0
“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Fotolar 

19:02 / 23 Avqust 2026

DÜNYA DÜNYA

“Əbədi dostluq haqqında Müqavilə” imzalandı - Fotolar 

35

0
Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

18:44 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Şavkat Mirziyoyev: Əsas məqsədimiz əmtəə dövriyyəsində 1 milyard dollarlıq həddə çatmaqdır

52

0
medialiteracy-media-gov
Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

17:40 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti Qarabağın bərpasına göstərdiyi yardıma gərə Özbəkistan Prezidentinə təşəkkür edib

45

0
Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

17:31 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Prezident İlham Əliyev: Özbəkistan bu gün böyük beynəlxalq nüfuza malik dövlətdir 

73

0
Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

17:09 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Azərbaycan və Özbəkistan Prezidentlərinin təkbətək görüşü olub 

68

0
Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

16:36 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan və Özbəkistan müttəfiqliyi Cənubi Qafqaz–Mərkəzi Asiya xəttini gücləndirir - TƏHLİL

82

0
Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

16:15 / 23 Avqust 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentlər və birinci xanımlar “Kuksaroy”da birgə foto çəkdirdilər - Video

109

0
Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

15:59 / 23 Avqust 2026

DÜNYA DÜNYA

Özbəksitan Prezidenti “Heydər Əliyev” ordeni ilə təltif edilib 

89

0
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

15:19 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

108

0
Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

15:04 / 23 Avqust 2026

SİYASƏT SİYASƏT

Azərbaycan Prezidenti və birinci xanım Daşkənddə Ümummilli Liderin barelyefi önünə gül dəstələri qoyublar

96

0