Qazla bağlı məhdudiyyət tətbiq edildi – Səbəb nədir?
13 Sentyabr 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
15898
03.08.2026, 11:21
Hazırda yay mövsümü olmasına baxmayaraq, ölkədə güclü külək və toz dumanı müşahidə olunur. Xüsusilə son günlər Bakıda küləyin sürətinin artması da qeydə alınıb.
Qonşu ölkələrdə qeydə alınan yüksək temperatur fonunda paytaxtda müşahidə olunan güclü küləyi necə izah etmək olar? Bu cür hava şəraiti iqlim baxımından normal hal hesab edilə bilərmi?
Məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev sfera.az-a açıqlama verib. O, müşahidə olunan güclü küləyin və tozlu hava şəraitinin səbəblərini izah edib:
"Bu günlərdə ölkəmizdə havalar bir qədər istiləşdi və atmosferdə müəyyən boşluqlar yarandı. İsti hava axınları təzyiqin aşağı düşməsinə səbəb oldu. Nəticədə şimaldan gələn hava axınları, səhər saatlarında güclü küləklə müşayiət olunaraq ölkəmizə daxil oldu. Bu hava axınları əsasən şimal-qərb istiqamətindən gəlir. Bakı şəhərində isə hazırda müşahidə olunan tozlu hava kənardan gələn toz deyil. Adətən tozlu hava cənub-şərqdən və şərqdən gələn hava axınları ilə daşınır. Lakin bu dəfə belə deyil".
Mütəxəssisin sözlərinə əsasən, qeydə alınan tozlu hava məhz tikintilərdən yaranan tozlardır:
"Bu toz, əsasən, Bakı şəhərinin özündə yaranan, Xəzər sahilindən, eləcə də tikinti sahələrindən havaya qalxan tozlardır. Həmin tozlar müəyyən qədər havanın çirklənməsinə səbəb olub. Narahat olmağa ehtiyac yoxdur. Çünki külək uzun müddət davam edə bilməz. Bir neçə gündən sonra hava stabilləşəcək. Tozlu hava şəhər şəraitində normal haldır. Müxtəlif mənbələrdən havaya qalxan toz hissəcikləri olur.
Ən vacib məqam ondan ibarətdir ki, şimaldan gələn hava axınları nəticəsində hava sərinləşəcək, gündüz və gecə temperaturu müəyyən qədər aşağı düşəcək. Ən əsası isə cənubdan gələn isti hava axınlarının qarşısının alınması bizdə müəyyən qədər sabit hava şəraiti yaradacaq. 10 gün sonra havanın sərinləşməsi başlayacaq və avqust ayında daha əlverişli hava şəraiti müşahidə olunacaq"
13:02 / 13 Sentyabr 2026
14
12:55 / 13 Sentyabr 2026
26
12:21 / 13 Sentyabr 2026
193
12:19 / 13 Sentyabr 2026
57
12:10 / 13 Sentyabr 2026
64
11:54 / 13 Sentyabr 2026
141
11:46 / 13 Sentyabr 2026
68
11:41 / 13 Sentyabr 2026
128
11:30 / 13 Sentyabr 2026
102
11:00 / 13 Sentyabr 2026
86
10:39 / 13 Sentyabr 2026
529
10:29 / 13 Sentyabr 2026
129
10:26 / 13 Sentyabr 2026
107
10:15 / 13 Sentyabr 2026
80
10:11 / 13 Sentyabr 2026
118
10:02 / 13 Sentyabr 2026
799
09:50 / 13 Sentyabr 2026
110
09:19 / 13 Sentyabr 2026
466
08:58 / 13 Sentyabr 2026
1072
08:35 / 13 Sentyabr 2026
122
08:07 / 13 Sentyabr 2026
355
00:51 / 13 Sentyabr 2026
108
00:35 / 13 Sentyabr 2026
670
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.