Metroda halı pisləşən kişi öldü
03 Oktyabr 2026, 18:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
886
03.08.2026, 12:01
Adam var, başı var, amma oxumur. Adam da var, səsi var, amma artıq oxumaq istəmir.
Mənə elə gəlir ki, Mirələm Mirələmov artıq səsi yox, başı ilə oxumağa çalışır.
Çalışır ki, heç olmasa, səsi öz başına düşməsin.
Ümumiyyətlə, nədənsə, Azərbaycanda bir neçə sahə var ki, o sahənin adamları müəyyən uğur qazanandan sonra pis formada arxayınlaşır, seyid cəddinə arxayın olan kimi qazandıqlarına arxayın olub hər şeyin başını buraxırlar.
Məsələn, idmançılarımız cəmi bir dəfə olimpiya çempionu olandan sonra az qala idmanla tamamilə vidalaşırlar.
İndi Mirələm Mirələmovda da belə oldu. Oxudu, tanındı, sevildi, sonra da başladı qalxdığı zirvədən düşməyə.
Məncə, Mirələm Mirələmovu söndürən məsələlərdən biri də toy oldu.
Təkrar edirəm, məsələ toy oxumaq deyil, istənilən halda lap müğənni özünü diri saxlamaq üçün də toy oxumalıdır.
Ancaq yox, əgər tamamilə pulun, toy bayağılığın arxasınca gedirsənsə, sənəti ikinci plana atırsansa, məsələ bitmiş elan olunur.
Həm də elə bil, bizdə toylar bəzi müğənniləri oxutmağa yox, susdurmağa xidmət edir.
Yəni ilk vaxtlar toy müğənnidən istifadə edir, sonra müğənni toydan istifadə edir, axırda isə hər ikisi bir-birini yola verir.
Obrazlı desəm, bu mənada, Mirələm Mirələmovun səsi əvvəlcə cırlaşdı, sonra da kallaşdı.
Günün birində isə Mirələm tamamilə manıslaşdı.
Əgər bir vaxtlar onun səsi sinədən gəlib, boğazından çıxırdısa, indi xirtdəyində qalıb.
Ümumiyyətlə, Mirələm Mirələmov səsini yox, adını qorudu. Bu səbəbdir ki, artıq səsi də onu müdafiə etmir, danır. Səsi heç üzünə də durmur. Qayıdıb qalır içində.
Məsələn, mən səs olsaydım, indiki məqamda Mirələmin boğazından çıxmazdım. Acığa ilişib qalardım ki, öskürsün, boğulsun.
O Mirələm ki, əvvəllər oxuyanda mahnı onun səsinə uyğunlaşırdı.
İndi isə Mirələm mahnının dalınca qaçır. Səsi boğazından çıxdımı, tez qaçıb gizlənir. O da qalır axtara-axtara.
Bir də görürsən ki, Mirələm oxumayanda səsi daha yaxşı olur.
Görünür, oxumasa, Mirələmovun səsi hələ də yaxşıdır.
Müəllif: Orxan Saffari
18:20 / 03 Oktyabr 2026
14
18:15 / 03 Oktyabr 2026
21
18:02 / 03 Oktyabr 2026
32
17:52 / 03 Oktyabr 2026
176
17:40 / 03 Oktyabr 2026
41
16:24 / 03 Oktyabr 2026
86
16:00 / 03 Oktyabr 2026
339
15:59 / 03 Oktyabr 2026
83
15:58 / 03 Oktyabr 2026
142
15:54 / 03 Oktyabr 2026
75
14:32 / 03 Oktyabr 2026
717
14:15 / 03 Oktyabr 2026
86
14:10 / 03 Oktyabr 2026
94
13:06 / 03 Oktyabr 2026
116
13:04 / 03 Oktyabr 2026
82
11:50 / 03 Oktyabr 2026
123
11:35 / 03 Oktyabr 2026
81
11:24 / 03 Oktyabr 2026
121
11:19 / 03 Oktyabr 2026
835
11:14 / 03 Oktyabr 2026
80
11:10 / 03 Oktyabr 2026
80
11:07 / 03 Oktyabr 2026
85
10:59 / 03 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.